reklam
Regionxeberlericom.az » Dünya » Lirənin vəziyyəti ilə bağlı proqnoz - Getdikcə daha da ucuzlaşa bilər

reklam

Lirənin vəziyyəti ilə bağlı proqnoz - Getdikcə daha da ucuzlaşa bilər

















ABŞ-ın investisiya bankı "Goldman Sachs" Türkiyənin növbəti dəfə seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni kabineti elan etməsindən sonra türk lirəsi ilə bağlı yeni proqnozlarını açıqlayıb.

Bank 12 ay ərzində lirənin dollar qarşısında 22-dən 28-ə yüksələ biləcəyini bildirib.

Ekspertlərin fikrincə, Ərdoğan ötən gün maliyyə və xəzinə naziri Mehmet Şimşəki kabinetinə təyin edərkən, yeni seçilən hökumətin daha ortodoks iqtisadi siyasətlərə qayıdacağına işarə edib.

"Goldman Sachs" dollar/lirənin 3, 6 və 12 aydan sonra müvafiq olaraq 23, 25 və 28 səviyyələrinə çata biləcəyini proqnozlaşdırıb.

Məlumat üçün bildirək ki, əvvəlki hesablamalar 19, 21 və 22 idi.

Qeyd edilib ki, ancaq Ərdoğanın seçkilərdə qalib gəlməsi və dollar/lirənin 20 səviyyəsinin üzərində rekord qırması proqnozları dəyişib. Analitiklər bildiriblər ki, hadisələrin inkişafından asılı olaraq 28-lik səviyyəsi bir ildən az müddətdə əldə edilə bilər. Eyni şəkildə, faiz dərəcəsinin gözləniləndən daha yüksək artımının lirənin gözləniləndən aşağı zəifləməsi anlamına gələ biləcəyi ifadə edilib.

Xatırladaq ki, hazırda 1 lirə 20.96 ABŞ dolları dəyərindədir.




Paylaş:


Müəllif : Tarix:
5-06-2023, 08:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər