reklam
Regionxeberlericom.az » Dünya » Ukraynanın bərpa olunacağı vaxt açıqlandı

reklam

Ukraynanın bərpa olunacağı vaxt açıqlandı


Birləşmiş Krallıq və ABŞ Ukraynanın yenidən qurulması üçün beynəlxalq koalisiyanın yaradılması ilə bağlı danışıqlar aparır.

Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli Vaşinqtonda dövlət katibi Entoni Blinkenlə ikitərəfli danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

Kleverlinin sözlərinə görə, Blinkenlə görüş zamanı onlar Ukraynaya qarşıdakı aylarda yardımın xarakterini və bu ölkə ətrafındakı vəziyyətə təkcə hərbi münaqişə prizmasından deyil, həm də gələcək yenidənqurma işlərinə diqqət yetirməyin vacibliyini müzakirə ediblər.

Baş diplomat qeyd edib ki, Krallıq iyunda Ukraynanın bərpasına dair konfransa ev sahibliyi etməkdən məmnundur və bu konfransın məqsədi bu məsələ ilə bağlı koalisiya yaratmaqdır.

Aprel ayında Ukraynanın Baş naziri Denis Şmıqal bildirmişdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il ölkənin yenidən qurulması üçün 1,5 milyard avro vəd edib.




Paylaş:


Müəllif : Tarix:
10-05-2023, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər