reklam
Regionxeberlericom.az » Dünya » "Ruslar Baxmutda bəzi mövqeləri tərk etdi" - General

reklam

"Ruslar Baxmutda bəzi mövqeləri tərk etdi" - General

















“Donetsk vilayətinin Baxmut şəhərinin bəzi rayonlarında ukraynalı müdafiəçilər əks hücuma keçərək rusları bəzi mövqeləri tərk etməyə məcbur ediblər”.

Bu barədə Ukraynanın Şərqi Qüvvələr Qrupunun komandanı, general-polkovnik Aleksandr Sırski məlumat verib.

"Baxmut istiqamətində intensiv döyüş əməliyyatları davam edir. Düşmən çoxsaylı hücumlar həyata keçirib, bir neçə istiqamətdə mövqelərimizin müdafiəsini yarmağa çalışıb. Lakin Baxmut müdafiəçilərinin dözüm və cəsarəti sayəsində düşmənin hərəkətləri uğursuz alınıb", - o deyib.

Onun sözlərinə görə, Baxmut istiqamətində irəliləmək üçün ruslar maksimum səy göstərir və heç nəyi nəzərə almırlar:

“Əhəmiyyətli itkilərə baxmayaraq, yeni "Vaqner" hücum qrupları, digər özəl şirkətlərin qırıcıları, desantçılar daim döyüşə axışır. Lakin düşmən şəhəri nəzarətə götürə bilmir. Vəziyyət kifayət qədər mürəkkəbdir. Eyni zamanda, aparılan əməliyyatlar və əks hücum nəticəsində ruslar bəzi mövqelərini tərk etməli olub”.

Sırski həmçinin bildirib ki, cəbhənin Liman istiqamətində ukraynalı müdafiəçilər son bir neçə gün ərzində çoxsaylı hücumları dəf ediblər:

“Düşmənin mövqelərimizi ələ keçirmək cəhdləri baş tutmadı. İtkilər verdilər və 10 əsgərlərini əsir götürdük".




Paylaş:


Müəllif : Tarix:
1-05-2023, 12:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər