İspaniya bu ölkədəki səfirliyini müvəqqəti bağladı

Ispaniya Sudanda ordu ilə polis Çevik Dəstək Qüvvələri (HDK) arasında başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini müvəqqəti bağladığını açıqlayıb.
Bu haqda İspaniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Minimum təhlükəsizlik şərtlərinə əməl oluna bilməyəcəyi üçün İspaniyanın Xartumdakı səfirliyi növbəti xəbərdarlığa qədər bağlı qalacaq. Hər hansı bir kənar təsirdən çəkinin və evdə qalın”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə HDK arasında silahlı toqquşmalar baş verib.
“HDK-nın orduda tam iştirakını” nəzərdə tutan hərbi təhlükəsizlik islahatı ilə bağlı ordu ilə HDK arasında yaranan fikir ayrılığı son bir neçə ayda qızğın qarşıdurmaya çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatı bölgədəki qarşıdurmalarda ən azı 83 nəfərin öldüyünü, 1126 nəfərin yaralandığını açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-04-2023, 19:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə