reklam
Regionxeberlericom.az » Dünya » Göylərin İRANA QƏZƏBİ... - Bundan sonra NƏ OLACAQ?..

reklam

Göylərin İRANA QƏZƏBİ... - Bundan sonra NƏ OLACAQ?..


Yüksək rütbəli İran rəsmisi “Əl-Cəzirə”yə deyib ki, “ilkin istintaq hücumun İsrail tərəfindən törədildiyini göstərir və böyük ehtimalla, PUA-lar İran ərazisindən buraxılıb”.

Eyni məlumatı “Əl Ərəbiyyə” kanalı da yaymışdı. Belə nəticə çıxır ki, İsrail PUA-ları İran ərazisinə keçirib, zərbələri də onun ərazisindən endirib. Mollalar doğrudan da yatıblarmış. Bir azdan deyəcəklər ki, "gecənin o saatında hücum edərlər".

***

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, “diplomatik yol uğursuz olarsa, İranla müharibə variantı masadadır”.

İrana edilən hücumlar xəbərdarlıq xarakteri daşıyırdı, hücumdan bir gün sonra Qətər xarici işlər nazirinin nüvə danışıqları üzrə Tehrana mesaj aparması da bu ehtimalı gücləndirən məqamdır: Vaşinqton ata biləcəyi addımları praktiki olaraq göstərdi;

İndi İranın davranışı hadisələrin inkişafına yön verəcək. Daxili vəziyyət, beynəlxalq arenada təklənmək təhlükəsi (İrana hərbi müdaxilə Rusiya üçün mövcud vəziyyətdə sərfəli ola bilər) İranın anlaşması zərurətini yaradır. Hərçənd, Tehrandan artıq “geri çəkilməyəcəyik” açıqlamaları eşidilməkdədir. Abdullahian bildirdi ki, “bu hücumlar bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”.

İstisna deyil ki, növbəti zərbələr İranın nüvə obyektlərinə endirilsin.


Asif Nərimanlı - DİA.AZ




Paylaş:


Müəllif : Tarix:
31-01-2023, 08:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər