Avstraliya ordusunu intihar dalğası bürüdü: İşgəncə təlimlərindən sonra 45 əsgər özünü öldürdü

Avstraliya ordusunu intihar dalğası bürüyüb.
45 avstraliyalı əsgər xüsusi təlim kursunu bitirdikdən sonra intihar edib. Kursda əsir düşəcəkləri təqdirdə əsgərlərə işgəncə və sorğu-suallara hazır olmaq üzrə təlimlər keçirilib.
Avstraliya Kəşfiyyat Məktəbinin rəis müavini polkovnik Saymon Douz bildirib ki, xüsusi kurslar qaynar nöqtələrdə əsir götürülə biləcək əsgərlərin ağır şərtlərə hazırlanması məqsədilə təşkil olunub. Kurs zamanı əsgərlərin zehni və fiziki cəhətdən bu ekstremal vəziyyətdə sağ qalmağa hazırlanmaları nəzərdə tutulub.
Avstraliya Müdafiə Departamentinin Təhqiqat Komissiyası qeyd edib ki, hərbi qulluqçular “əsirlərlə rəftarın çox yaxın imitasiyası” barədə razılıq kağızı imzalamalı idilər. Məsələn, xüsusi kurs zamanı hərbçilər çılpaq soyunmağa, uşaqlara bənzəyən kuklalar üzərində təcavüzü imitasiya etməyə, həmçinin seks oyuncaqlarından istifadə etməklə İncil üzərində masturbasiya etməyə məcbur ediliblər.
Mənbə: “The Guardian”
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2022, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"