reklam
Regionxeberlericom.az » Dünya » Kiyevdə ölənlərin sayı açıqlandı - Yenilənib

reklam

Kiyevdə ölənlərin sayı açıqlandı - Yenilənib

















Kiyev Vilayətinin Şevçenkovski rayonunda raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, daha 24 mülki şəxs yaralanıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov məlumat verib.

O bildirib ki, 6 avtomobil yanıb, 15-dən çox avtomobilə ziyan dəyib.

***10:06

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Bakı vaxtı ilə saat 07:47-də hava hücumu xəbərdarlığı edilib. Saat 8-dən sonra isə 3-4 partlayış səsi eşidilib.

Bu barədə bir sıra yerli ictimaiyyət nümayəndələri məlumat yayıb.

Daha sonra hücumla bağlı məlumatı şəhərin meri Vitali Kliçko da təsdiqləyib. Partlayışlar Şevçenko rayonunda qeydə alınıb.

“Şevçenko rayonunda - paytaxtın mərkəzində bir neçə partlayış baş verib. Bütün xidmətlər həmin yerlərə gedir”, - Kliçko bildirib.

Kliçko detalları daha sonra açıqlayacağını da vurğulayıb.

“Kiyevdə raketlərdən biri Volodimirski küçəsində Hruşevskinin abidəsi yaxınlığında düşüb. Xilasedicilər işləyir”, - Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabında yazıb.

“Kiyevdə müxtəlif yerlərdə bir neçə zərbə nəticəsində yaralananlar və ölənlər var. Məlumat dəqiqləşdirilir”, - Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Vodolaqa deyib.




Paylaş:


Müəllif : Tarix:
10-10-2022, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər