reklam
Regionxeberlericom.az » Dünya » “6 ayda Rusiyanın 17 milyard dollara yaxın hərbi texnikası məhv edilib”- “Forbes”

reklam

“6 ayda Rusiyanın 17 milyard dollara yaxın hərbi texnikası məhv edilib”- “Forbes”








Altı aydır davam edən müharibədə Ukrayna ordusu Rusiyanın 16,56 milyard dollar dəyərində olan 12 142 hərbi texnikasını məhv edib.

Bu barədə ABŞ-ın “Forbes” nəşrinin “6 ay ərzində Rusiyanın hərbi itkiləri” ilə bağlı yayımladığı məqalədə bildirilib.

Qeyd olunub ki, Rusiyanın müharibədəki ən böyük itkisi aprel ayında məhv edilən “Moskva” kreyseri olub. Qara dəniz donanmasının flaqmanı hesab olunan gəminin dəyərinin 750 milyon dollar olduğu bildirilir.

İkinci sırada isə fevralın sonlarında Kiyev vilayətində Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan 86 milyon dollarlıq İl-76 desant təyyarəsi yer alıb. Bundan əlavə İlan adasında və ətraf sularda Ukrayna ordusu rusların 165 milyon dollarlıq hərbi texnikasını və gəmilərini məhv edib.

Həmçinin Rusiyanın dəyəri 100 milyon dollardan çox olan “Tor”, “Pantsir” və “Strela” tipli səkkiz zenit kompleksi də Ukrayna ordusu tərəfindən zərərsizləşdirilib.

Rusiyanın aviasiya itkilərinə gəlincə, Ukrayna ordusu 6 ayda düşmənin 5,3 milyard dollar dəyərində 234 təyyarəsin məhv edib. Bu, Rusiya ordusunun ümumi itkilərinin ən əhəmiyyətli hissəsini (32,1%) təşkil edir.

Avqustun 9-da Krımdakı Saki hərbi aerodromunda baş verən partlayışlar nəticəsində Rusiya 9 hərbi təyyarəsini itirib. Məhv edilən təyyarələr arasında Su-30SM qırıcıları və Su-24MR kəşfiyyat təyyarələri də var ki, bunlarında dəyəri 230 milyon dollar civarındadır.




Paylaş:


Müəllif : Tarix:
24-08-2022, 17:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər