Rusiya “Azov”u terror təşkilatı kimi tanıdı

Rusiya Ali Məhkəməsi Ukraynanın “Azov” millətçi alayını terror təşkilatı kimi tanıyıb və onun RF-dəki fəaliyyətini qadağan edib.
Bu barədə TASS-a istinadən xəbər verir.
Məhkəmə qərarının motivləri məlum deyil. Qərar hələ qüvvəyə minməyib və apellyasiya instansiyasına şikayət verilə bilər.
Prokurorluğun iddiasına baxılma qarşı tərəfin nümayəndələrinin iştirakı olmadan keçirilib. İclasın böyük hissəsi qapalı rejimdə olub. Şahidlər qismində Rusiya hüquq müdafiəçiləri və jurnalistləri çıxış ediblər. Onlar məhkəməyə “Azov” yaraqlılarının çoxsaylı cinayət faktları barədə məlumat veriblər. Məhkəmədə “Azov” yaraqlıları tərəfindən qohumları öldürülən, oğurlanan və ya işgəncələrə məruz qalan Mariupol və Volnovaxa sakinlərinin müsahibələri nümayiş etdirilib.
Məhkəmə tərəfindən terrorçu hesab edilən təşkilatın iştirakçıları cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yaradıcılar və rəhbərləri 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası və 1 milyon rubla qədər cərimə, sıravi iştirakçıları isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 500 min rubla qədər cərimə gözləyir. İstintaqın başlanmasına qədər təşkilatdakı fəaliyyətini könüllü şəkildə dayandıranlar cinayət məsuliyyətindən azad edilirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2022, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT