reklam
Regionxeberlericom.az » Dünya » Türkiyə Ukrayna taxılını blokadadan çıxaracaq - Yol xəritəsi

reklam

Türkiyə Ukrayna taxılını blokadadan çıxaracaq - Yol xəritəsi


“Türkiyə Ukraynadan dəniz yolu ilə taxıl ixracına dair qərarın yaxın günlərdə veriləcəyini gözləyir. Lakin razılaşmadan sonra belə əməliyyata başlamaq üçün təxminən 5 həftə vaxt lazım olacaq”. regionxeberlericom.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Madridə səfəri zamanı deyib.

O vurğulayıb ki, hazırda Ukrayna taxılının Qara və Azov dənizləri limanları vasitəsilə beynəlxalq bazara daşınması iqtisadi və fiziki baxımdan ən məqsədəuyğundur.

Ərdoğanın mətbuat katibinin sözlərinə görə, Türkiyə yük daşıyan gəmilərin yola salınması və gəlişinin koordinasiyası, həmçinin Türkiyə, Ukrayna, Rusiya və BMT arasında qurulacaq mexanizmin koordinasiyası ilə bağlı məsləhətləşmələri davam etdirir.

“Beynəlxalq ictimaiyyət artıq bu istiqamətdə irəliləyir. Yaxın günlərdə bu məsələ ilə bağlı konkret qərarlar gözləyirik. Bu istiqamətdə səylərimiz davam edir”, - Kalın əlavə edib.

Türkiyə rəsmisi qeyd edib ki, əsas məsələlərdə razılıq əldə olunsa belə, Ukrayna taxılının dünya bazarına çıxarılmasına başlanılması 3-5 həftə çəkəcək: “Çünki minalardan təmizlənməni, dəhlizin hazırlanmasını, gəmilərin yola salınmasını düşünəndə vaxt bizim əleyhimizə işləyir. Ona görə də işə nə qədər tez başlasaq, bir o qədər yaxşıdır”.

Xatırladaq ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan qlobal ərzaq böhranının həlli üçün yol xəritəsi hazırlayıb. Xüsusilə, Türkiyə tərəfi ilə Ukrayna, Rusiya və BMT nümayəndələri arasında aparılan danışıqlardan sonra BMT-nin himayəsi altında “taxıl dəhlizi”nin fəaliyyətini təmin edəcək yol xəritəsi üzərində iş aparılıb. Bu plana marşrut, sığorta, gəmi təhlükəsizliyi, limanın minalardan təmizlənməsi və komanda mərkəzinin tərkibi daxildir.




Paylaş:


Müəllif : Tarix:
6-06-2022, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər