Qazaxıstanda referendum keçirilir

Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendumda səsvermə başlayıb.
Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb, səsvermə saat 20:00-dək davam edəcək. Ümumilikdə ölkə üzrə və xaricdə 10 mindən çox məntəqə fəaliyyət göstərəcək. Referendumun keçərli olması üçün səsvermədə seçicilərin yarıdan çoxunun (50 faiz+1 seçici) iştirakı vacibdir. Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısına ümumilikdə 11,7 milyon qazaxıstanlı daxil edilib. Ölkədə 19,1 milyondan çox əhali yaşayır.
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb. Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-06-2022, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”