"22 milyon ton taxıl limanlarda qalıb" - Ukrayna XİN
“Rusiyanın blokadası nəticəsində Ukrayna indi kənd təsərrüfatı məhsullarını dəniz yolu ilə ixrac etmək imkanını itirib və nəticədə təxminən 22 milyon ton taxıl limanlarda qalıb. Xüsusilə Afrika və Asiyadakı istehlakçılara taxılın çatdırılması mümkün deyil. Alternativ quru yolları problemi tam həll etməyəcək, çünki onların ötürmə qabiliyyəti aşağıdır”.
APA xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolenko deyib.
O bildirib ki, Rusiya ordusu dəniz ərazilərini minalayıb, Odessa və Qara dənizdəki digər sahil şəhərlərinin müdafiəsini yarmağa çalışır.
“Rusiyanın hərəkətləri qlobal ərzaq böhranına və bəzi regionlarda aclığa səbəb ola bilər. Rusiya Ukraynanın dəniz limanlarını dərhal blokadadan çıxarmalı, Odessa və digər sahilyanı şəhərləri atəşə tutmağı dayandırmalı, hərbi donanmasını ticarət gəmilərinə hücumu qeyri-mümkün edəcək məsafəyə çıxarmalı və beynəlxalq dəniz naviqasiyasına maneə yaratmamalıdır”, - Ukrayna XİN-in sözçüsü vurğulayıb.
Mətbuat katibi deyib ki, Ukrayna tərəfdaş ölkələrlə BMT-nin himayəsi altında Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün dəniz marşrutlarının fəaliyyətini öz üzərinə götürəcək beynəlxalq missiyanın yaradılması yollarını müzakirə edir: “Biz bir sıra ölkələrin Qara dəniz və Azov dənizində təhlükəsizliyin bərpası prosesinə qoşulmağa hazır olmasını alqışlayırıq. İlk addım kimi Rusiya öz qüvvələrini Ukraynanın ərazi sularından çıxarmalı, limanlara və ticarət karvanlarına hücumlara qarşı təhlükəsizlik zəmanəti verməlidir”.
Ukrayna XİN-in sözçüsü əlavə edib ki, onun ölkəsi qlobal ərzaq böhranının qarşısını almaq üçün Qara və Azov dənizlərində marşrutları açmaq yollarını axtarmağa sadiqdir: “Rusiyanın Ukraynaya təcavüzündən ərzaq təhlükəsizliyi ən çox zərər çəkə biləcək ölkələri Moskva ilə təmaslarından istifadə edərək, onu Ukrayna dəniz limanlarının blokadasını qaldırmağa və müharibəyə son qoymağa məcbur etməyə çağırırıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-06-2022, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”