Rusiya Ukraynadakı müharibədə xeyli zabitini itirib - Britaniya Müdafiə Nazirliyi
Rusiya Ukraynadakı müharibə nəticəsində orta və kiçik rütbəli zabitləri arasında böyük itkilər verib.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiya ordusunun aşağı rütbəli zabitləri yüksək peşəkarlığa malik kiçik komandirlərin (gizirlər və çavuşlar) çatışmazlığı səbəbi ilə ən aşağı səviyyəli taktiki fəaliyyətlərə rəhbərlik etməli olurlar.
Vurğulanıb ki, Rusiya ordusunun peşəkar zabitlərinin gənc nəslinin böyük hissəsinin itirilməsi ordunun komanda və idarəetməsinin müasirləşdirilməsi ilə bağlı davam edən problemləri daha da ağırlaşdıracaq.
Məlumata əlavə olunub ki, Ukraynada salamat qalan bölmələrdən yenidən təşkil edilmiş batalyon taktiki qrupların kiçik komandirlərinin olmaması səbəbindən onların daha az effektiv olacağı ehtimal edilir.
Bildirilib ki, Rusiyanın Ukraynadakı qüvvələri arasında bəzi lokallaşdırılmış qiyamların olması ilə bağlı bəzi etibarlı məlumatlar var. Təcrübəli, etibarlı tağım və bölük komandirlərinin çatışmazlığı ehtimal ki, mənəvi-psixoloji vəziyyətin daha da pisləşməsi, nizamsızlığın davam etməsi ilə nəticələnəcək. //apa//
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2022, 10:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”