"Ötən gün Rusiyanın 10 tankını, 3 helikopterini məhv etmişik" - Ukrayna Baş Qərargahı
Rusiya Silahlı Qüvvələri Şərq əməliyyat zonasında yenidən hücum üçün qruplaşmanın formalaşdırılmasını başa çatdırıblar.
“Report” xəbər verir ki, məlumatı Ukrayna Baş qərargahı yayıb.
“Rəqib Ukraynanın əsas obyektlərinin infrasturkturlarına fasiləsiz raket-bomba zərbələri endirirlər. Volınsk və Polesye istiqamətində düşmənin hücumu ilə bağlı heç bir fəallıq müşahidə edilməyib.
Belarus Silahlı Qüvvələrinin Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin gücləndirilməsini davam etdirirlər. Bu ərazidə düşmən radioelektron kəşfiyyatı aparır. Belarus ərazisində Rusiyanın döyüşlərdə sıradan çıxmış zirehli texnikaları dəmir yolu ilə daşınması qeyd olunur.
Siver istiqamətində rəqib sərhədyanı rayonlara nəzarəti gücləndirib.
Rusiyanın Bryansk və Kursk vilayətlərinin sərhədyanı və buraxılış məntəqləri yerləşən rayonlarında mühəndis qurğularının quraşdırılması davam edir. Rusiya ərazisindən təxribatçı-kəşfiyyat qruplarının iştirakı və raket zərbələrinin endiriləcəyi istisna edilmir", - məlumatda qeyd edilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Siverski Donets çayının sol sahilində plasdarm və qoşunların operativ yerləşməsi üçün şərait yaratmaq üçün Zavod, Dmitrivka və Dibrovna yaşayış məntəqələri isitiqamətindən döyüşlər aparıb:
“Donetsk və Tavriya istiqamətində isə qarşı tərəf döyüş qabiliyyətini bərpa edir və ehtiyat toplayır. Rusiya Siversk və Pokrovsk yaşayış məntəqlərini atəşə tutmaqda davam edir.
Xerson vilayətinin inzibati sərhədinə daxil olması üçün rəqib döyüşü davam etdirir.
Ukrayna ərazisində düşmənin 87 taktiki taboru döyüş tapşırığı yerinə yetirir.
Ötən sutkada Ukraynanın müdafiəçiləri Donetsk və Luqansk vilayətlərində düşmənin 12 hücumunun qarşısını alıb, 10 tankını, 15 zirehli texnikasını, 5 avtomobilini, eləcə də 5 “T” sistemli artilleriyasını məhv edib. Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 5 hava hədəfini – bir təyyarəsini, 3 helikopterini və bir pilotsuz uçan aparatını sıradan çıxarıb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-04-2022, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ