reklam
Regionxeberlericom.az » Dünya » Pakistanın yeni baş nazirinin BƏYANATI – Azərbaycanla münasibətlərdə nə dəyişəcək?

reklam

Pakistanın yeni baş nazirinin BƏYANATI – Azərbaycanla münasibətlərdə nə dəyişəcək?


Pakistanın yeni seçilmiş Baş naziri Şahbaz Şərif bəyanatla çıxış edib. Bəyanatında bəzi məqamlar diqqətimdən yayaınmadı. Belə ki, ilkin olaraq Şərif sələfi olmuş İmran Xanı tənqid edib.

Tənqidin əsas mahiyyəti İmran Xan tərəfindən Kəşmirə dair soyuq və ya laqeyid münasibətin sərgilənməsi olub.

Təbii ki, burada bir halı da nəzərə almaq lazımdır ki, xələf hər halda sələfin mənfi cəhətlərini şişirtməlidir ki, cəmiyyətdə özünə daha çox rəğbət qazansın və ona əks cəbhədə olanlar üçün də cəlbedici görünsün.

Bəyanatda diqqəti cəlb edən əsas məqamlardan biri də bir neçə ölkənin adının çəkilməsidir.

Təbii ki, birinci yerdə Türkiyənin adını çəkən Şərif Pakistanla Türkiyə arasında olan münasibətlərin bundan sonra da strateji xətt üzrə davam edəcəyini bildirib. Məhz Türkiyə ilə münasibətlərin bu məcrada inkişafı onu deməyə əsas verir ki, Pakistan islam ölkəlırinin önündə gedən dövlətlə əməkdaşlığı davam etdirəcək və islam dünyasından kənarda qalmayacaq.

Nəzərə almaq lazımdır ki, hər iki dövlət hər cəhətdən çoxsaylı texniki və canlı qüvvəyə sahibdir. Hətta Pakistan nüvə dövlətidir. Eyni zamanda bu baxışdan çıxış etməyə davam etsək, Pakistanın bu mövqeyi Azərbaycan üçün də məqsədəuyğundur.

Çünki, II Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mönvqeyini dəstəkləyən əsas iki dövlətdən biri məhz Pakistan olub. Hər iki ölkənin Xarici işlər və Müdafiə nazirləri, eləcə də parlament rəhbərləri səviyyəsində məhsuldar əməkdaşlığı mövcuddur. Hətta 2021 ci ildə Azərbaycan, Türkiyə və Pakistan parlament rəhbərləri tərəfindən birgə bəyanat da imzalanıb.

Belə olan halda yeni rəhbərliyin Türkiyə ilə münasibətləri və əməkdaşlığı davam etdirmə anonsunu verməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanla Pakistan arasında mövcud olan münasibətlərdə kordinal dəyişiklik olmayacaq.

Şahbaz Şərifin bəyanatında yer alan ikinci ölkə isə Çindir. Burada da Şərif öz sələfini günahlandıraraq Çinlə soyuq münasibətlərin yaranmasının əsas səbəbkarı adlandırıb.

Əslində isə Pakistanın Çinlə əlaqləri hər zaman yaxşı olub. Bu da əsasən Hindistana qarşı yönəlmiş bir əməkdaşlıq sayıla bilər. Çin uzaq şərqdə fövqəldövlət rolunu oynaya bilməsə də, süper güc dövləti rolunu tam şəkildə ifa edə bilir.

Əfqanıstanda və Qazaxıstanda baş verən məlum hadisələrdə bunları görmək olar. Çinin bölgədə nəzərəçarpacaq investisiyası mövcuddur. Hərbi qüdrəti Çinə beynəlxalq münasibətlərdə və siyasətdə prinsipial mövqe sərgiləməyə zəmin yaradır.

Ukrayna böhranı başlamaışdan öncə Rusiya prezidenti məhz Çinə səfər etdi və birgə bəyannamə imzaladı. Çinin dünya iqtisadiyyatında önəmli payı var. Məhz belə bir qonşu ilə münasibətlərin normallaşması Pakistan üçün vacibdir. Çin həm də Pakistan vasitəsilə Fars körfəzinə olan ən qısa çıxışı da əldən vermək istəmir.

Eyni zamanda Pakistan Əfqanıstanda rəhbərlik edən yeni hökümət üzvləri ilə də münasibətləri olduqca yaxşıdır. Belə olan halda Çin də yeni Taliban höküməti ilə münasibətlərin normallaşmasında Pakistan vasitəçiliyindən bəhrələnə bilər.

Bəyanatda əməkdaşlığın qurulması istiqamətində adı səslənən üçüncü dövlət isə təbii ki, ABŞ-dır. Dünyanın super gücü olan bir dövlətlə münasibətlərin normallaşması hər bir ölkə kimi Pakistan üçün də olduqca önəmlidir.

ABŞ adının səslənməsi bir də ona görə önəmlidir ki, İmaran Xan məhz hakimiyyət çevrilişinin ABŞ-ın dəstəyi ilə mümükün olduğunu dəfələrlə bəyan edib. Təbii ki, ABŞ-ın da bölgədə özünə uyğun maraqları vardır.

Birincisi, ABŞ Pakistanla Hindistan arasında illərlə movcud olan Kəşmir münaqişəsinin həllində vasitəçi ola bilər.

İkincisi, ABŞ Pakistanı özünü iqtisadi düşməni olan Çinin ağuşuna düşməsində və eyni zamanda Rusiya ilə mövcud isti münasibətlərinin davam etməsində o qədər də maraqlı deyil.

Üçüncüsü, ABŞ həm Pakistan, həm də Hindistandan ibarət birliyin Rusiya təsirində uzaq tutmaq istəyir ki, burada da əsas məqsəd Rusiyanın uzaq şərqdə təhlükəsizliyini minimuma endirmək və tərəfdaşlarını azaltmaqdır.

Bu günlərdə yuxarı səviyyədə ABŞ və Hondistan hökümət üzvlərinin ABŞ-da görüşü də baş tutub. Uzaq Şərqin digər ölkəsi olan Yaponiya Rusiyaya qarşı özünü ABŞ -la olan həmrəyliyini nümayiş erdirib.

Beləliklə, yaxın gələcəkdə dünyanın diqqətinin uzaq Şərqdə gedəcək proseslərə yönələcəyini desək heç də yanılmarıq. //bizim.media//




Paylaş:


Müəllif : Tarix:
12-04-2022, 17:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər