reklam
Regionxeberlericom.az » Dünya » Avropada qazın qiyməti rekordu yenilədi

reklam

Avropada qazın qiyməti rekordu yenilədi
















Avropa birjalarında qazın qiyməti ardıcıl olaraq üçüncü gündür tarixi rekordu yeniləyərək təxminən 2400 dolara qalxıb.

Londonun ICE birjasının məlumatına görə, martın 4-də keçirilən hərracda Niderlanddakı TTF habında min kubmetr qazın aprel fyuçersinin qiyməti 2391,6 dollaradək bahalaşıb.

Mavi yanacağın qiymətində bundan əvvəlki rekord min kubmetr üçün 2279 dollar təşkil etmişdi.

Qazın birja kotirovkalarında kəskin artımı Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər dövlətlərin rusiyalı hüquqi və fiziki şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar fonunda müşahidə olunur.





Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 21:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər