Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb

Gürcüstan xəstəxanalarında çarpayı qıtlığı yaranıb.
Bu barədə jurnalistlərə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib.
Onun sözlərinə görə, ağır epidemioloji vəziyyət xəstəxana sektoruna da mənfi təsir göstərir. Gürcüstan xəstəxanalarında koronaviruslu pasiyentlər üçün ayrılmış yerlərin təxminən 94 faizi dolub. Səhiyyə Nazirliyi əlavə çarpayılar səfərbər etməyə çalışır. Artıq 7 min çarpayı səfərbər edilib və bu həftə ərzində daha 500 çarpayı əlavə olunacaq.
Nazir deyib ki, bu gün heç bir pasiyent diqqətdən kənarda qalmır. Lakin yoluxmaların artmasının qarşısını almaq üçün bütün tədbirləri gücləndirmək lazımdır.
Ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili irimiqyaslı tədbirlərdə iştirak etməyəcək və onun üçün nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb.
Gürcüstan Prezident administrasiyasının bəyanatında deyilir ki, Gürcüstan Prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və dövlət başçısı üçün əvvəlcədən nəzərdə tutulmuş tədbirlər təxirə salınır.
Prezidentin, hətta Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşü də baş tutmayacaq.
Gürcüstan dövlətinin başçısı pandemiya ilə əlaqədar əhalini bir-birinin qeydinə qalmağa, qadağalara riayət etməyə və kütləvi şəkildə peyvənd olunmağa dəvət edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ