Keçmiş arvadı Elton Condan 3,8 milyon təzminat istəyir

Britaniyalı müğənni-bəstəkar Elton Conun keçmiş həyat yoldaşı Renata Blauel onu məhkəməyə verərək 3,8 milyon dollar təzminat tələb edib.
Keçmiş xanımı ifaçını 1988-ci ildə bağladıqları boşanma müqaviləsini pozmaqda ittiham edib. Belə ki, Blauelin sözlərinə görə, Elton Con “Roketmen” avtobioqrafik filmində Renata ilə ər-arvad münasibəti haqqında həddindən çox danışıb. Elton Conla Renata Blauel boşanan zaman nikahları və şəxsi münasibətləri, eləcə də boşanma səbəbi haqda danışmamaq barədə razılığa gəlsələr də, müğənni bu anlaşmanı pozub.
Qeyd edək ki, Elton Conla səs rejissoru olan Renata Blauel 1984-cü ildə Avstraliyada ailə qurublar. Cütlük 1988-ci ildə Elton Conun homoseksual olduğunu elan etməsindən sonra boşanıb. Hazırda Elton Con həmcinsi Devid Fernişlə evlidir, onların 7 və 9 yaşlı iki oğlu var.

Paylaş:
Müəllif : Fuad
Tarix:25-07-2020, 19:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-07-2020, 19:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:06
Dünən, 09:44
21-08-2025, 14:42

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT