reklam
Regionxeberlericom.az » Dünya » Məşhur milyonçu prodüser özünü öldürdü

reklam

Məşhur milyonçu prodüser özünü öldürdü


Amerikalı milyonçu biznesmen, hollivudlu prodüser və ssenariçi Stiv Binq Los-Ancelesdəki mənzilinin pəncərəsindən özünü ataraq intihar edib.

Xarici KİV bildirir ki, iddialara görə, iş adamı koronavirus səbəbindən tətbiq edilən karantin zamanı insanlarla kifayət qədər ünsiyyətdə olmadığından depressiya düşüb. Lakin onun həyatına qəsd etməsinə məhz bunun səbəb olduğu hələ ki məlum deyil.

Binqi Hollivuddakılar öz aralarında hər şeyin ustası adlandırırdılar. O, “Karteri aradan götürün”, “The Rolling Stones: Bəli, işıq olacaq”, “Kenquru Cekpot”, “Qütb ekspressi” kimi çox sayda məşhur filmi çəkib və maliyyələşdirib.

Maqnat, prodüser və filantropun aktrisa və model Elizabet Herli ilə qısamüddətli münasibəti olub. Cütlüyün 2002-ci ildə anadan olan aktyor və model Demian Herli adında oğlu var.


Paylaş:


Müəllif : Tarix:
23-06-2020, 13:24
Sikayət   


loading...
Загрузка...