Baş nazir canlı efirdə olarkən güclü zəlzələ oldu - Foto

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern mayın 25-də televiziyaya canlı müsahibə verərkən paytaxt Vellinqtonda zəlzələ baş verib. Ancaq baş nazir təmkinli davranaraq müsahibəsinə davam edib.
39 yaşlı Ardern 2017-ci ildən baş nazirdir və ölkəni bir sıra böhranlardan çıxarmasına görə Yeni Zelandiyada xeyli populyardır. Bu böhranlara ötən il Kraystçörç şəhərində məscidlərə hücum, dekabrda vulkan püskürməsi və koronavirus pandemiyası daxildir.
Ardern parlament binasından bir televiziyaya müsahibə verən vaxt Vellinqton vəətraf ərazilərdə 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri paytaxtdan 100 kilometr şimalda yerləşən Levin şəhəri olub.
“Burada azacıq zəlzələ müşahidə edirik, Ryan...”, – o, müsahibə götürən Ryan Bridge adlı aparıcıya deyib və bu zaman kamera, baş nazirin ətrafındakı şeylər silkələnməyə başlayır. Ardern aparıcını əmin edir ki, o təhlükəsizdir və müsahibə davam edir.
Bu video sosial mediada sürətlə yayılır. Zəlzələdən xəsarət alan olmayıb, təbii fəlakət ərziyə ziyan vurmayıb. Ardern daha sonra mətbuat konfransında deyib. Ancaq 30 saniyədən çox davam edən silkələnmə Vellinqtonda çaxnaşma yaradıb.
Yeni Zelandiya “Alov halqası” adlı seysmoloji ərazidə yerləşir. Sakit Okeandakı bu halqa 40 min kilometrlik vulkanlar tağını əhatələyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-05-2020, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-05-2020, 13:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:42
Bu gün, 10:20
19-08-2025, 15:06

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə