Avropa sentyabra kimi sərhədləri bağlayır

Şengen ölkələrinin sərhədləri sentyabr ayına qədər bağlı qala bilər.
Fransa Prezidenti Emmanuel Makronun sosial tərəfdaşlarla videokonfransı zamanı bu haqda danışdığını BFM televiziyası açıqlayıb.
Bildirilib ki, Şengen ölkələri mövcud sanitar böhrana görə sərhədlərin sentyabr ayına qədər bağlı qalmasını düşünürlər. Bütün ölkələrdə pandemiya eyni vaxtda başlamayıb. Çin karantin rejimindən çıxmağa başladığı halda, ABŞ-da hələ epidemiyanın pik dövrü başlamayıb. Eyni zamanda, Fransa Prezidenti diqqətə çatdırıb ki, epidemiyanın ikinci dalğası da mümküdür.
Qeyd edilib ki, Şengen ölkələrinin sərhədlərinin bağlanması avrozonada iqtisadiyyatın yenidən dirçəlməsini təşviq etmək üçün bir strategiya ola bilər.
Ekoloji keçid naziri də fransızlara bu gün ölkədə və dünyada COVID-19 pandemiyası ilə bağlı mövcud qeyri-müəyyən vəziyyətin hökm sürdüyü vaxtda yay tətilində xaricə getmək üçün bilet almamağı tövsiyə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-04-2020, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-04-2020, 09:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:42
Dünən, 10:20
19-08-2025, 15:06

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə