reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kadırovun 19 yaşlı qızına medal verildi

reklam

Kadırovun 19 yaşlı qızına medal verildi


















Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.

Bu barədə Qroznı meriyası məlumat yayıb.

Meriyadan verilən məlumatda bildirilib ki, Çeçenistan rəhbərinin qızının rəhbərliyi ilə sahibkarlığın inkişafı və respublikanın investisiya cəlbediciliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılıb.

Öz növbəsində, Ramzan Kadırovun başqa bir qızı, Çeçenistan başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini Xədicət də öz “Telegram” kanalında bacısının karyerasının başlanğıcında artıq ciddi nəticələr əldə etdiyini bildirib.  

Qeyd edək ki, bundan əvvəl Çeçenistan rəhbərinin böyük oğlu gənclərlə iş üzrə nazir təyin edilmişdi.




Paylaş:


Müəllif : Tarix:
22-04-2024, 11:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər