reklam
Regionxeberlericom.az » Cəmiyyət » “WhatsApp”da yeni funksiya olacaq

reklam

“WhatsApp”da yeni funksiya olacaq


















“WhatsApp” messencerində “Android” istifadəçilərinə videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videoya baxmaq və musiqiyə qulaq asmaq imkanı verən yeni funksiya olacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

“Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audiolar partnyorunuzun cihazında da səsləndiriləcək”, - mütəxəssislər qeyd ediblər.

Mütəxəssislər vurğulayıblar ki, istifadəçilər həmçinin, birlikdə videolara da baxa biləcəklər.

“Bu funksiya istifadəçilərə videoları sinxronlaşdırmağa, həmçinin, videolara baxış üçün virtual seans yaratmağa imkan verəcək”, - mütəxəssislər əlavə ediblər.

“WABetaInfo”ya görə, funksiya yaxın həftələrdə geniş istifadəçi kütləsi üçün əlçatan olacaq.




Paylaş:


Müəllif : Tarix:
8-01-2024, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər