reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 24 dekabr

reklam

Bürclər- 24 dekabr














Qoç

Günün əvvəlində çox həyəcanlanmayın.

Bu gün bir çox Qoç üçün əsl sınaq ola bilər. Kifayət qədər həyat təcrübəsi olan Qoçlar üçün bunun öhdəsindən gəlmək daha asan olacaq. Köhnə tanışların məsləhətlərinə qulaq asmaq çox önəmlidir.

Günün ikinci yarısı maraqlı və məhsuldar olacaq. Ən çətin vəzifələrin öhdəsindən gələ biləcəksiniz.

Onların öhdəsindən mükəmməl şəkildə gələcəksiniz. İstirahət üçün də vaxt olacaq. Axşam saatlarında ağır fiziki fəaliyyətlərdən qaçmaq tövsiyə edilir. Bu dövr bədənin gücünü yoxlamaq üçün qətiyyən uyğun deyil.

Buğa

Ünsiyyət üçün əlverişli gündür. Siz  çox düşünürsünüz və başqaları da bunu bəyənir. Çoxları açıqlığınız və dürüstlüyünüz üçün sizə təşəkkür edəcək. Qeyri-adi təkliflər gözlənilir. Bu təkliflər bizneslə, istedadlarınızın layiqincə istifadə ediləcəyi bəzi yeni işlərlə bağlı olacaq.

Bu gün ev işləri sizə,  cansıxıcı və darıxdırıcı görünməyəcək.  İstənilən gündəlik məsələlərin öhdəsindən tez gələ bilərsiniz. Planlaşdırılmamış alışlar gözlənilir. Özünüz və yaxınlarınız üçün gözəl şeylər seçməyi bacarırsınız. Bu gün də uğur da qazana bilərsiniz.

Əkizlər

Bu gün Əkizlər üçün uğurlu gündür. Həmişəkindən daha çox iş ola bilər. İntuisiya sizə ilk növbədə nəyin öhdəsindən gəlməli olduğunuzu və başladığınız işi necə tez başa çatdırmağınız lazım olduğunu söyləyəcək. Siz başqalarının edə bilmədiyi işləri yüksək səviyyədə həyata keçirə biləcəksiniz. Ətrafınızdakı insanlar bunu hiss edir və sizdən məsləhət alırlar.

Gün səyahət üçün əlverişlidir. Ətrafınızı dəyişmək, son zamanlar sizi təqib edən fikirləri ağlınızı çıxarmaq sizin üçün faydalı olacaq. Bəzi Əkizləri xoş tanışlıqlar, uzun müddət yadda qalan görüşlər gözləyir. Ətrafınızdakı insanlar sizi bəyənir.

Çoxlarının sizi daha yaxından tanımaq istəməsi təəccüblü deyil.

Xərçəng

İşlər plana uyğun getməyə bilər, amma narahat olmayın. Bu gün siz yolda improvizasiya etməli, yeni nəsə fikirləşməli və qərarlar qəbul etməli olacaqsınız.

Bu sizi əvvəlcə əsəbləşdirə bilər. Amma zaman keçdikcə bundan həzz almağa başlayacaqsınız.

Yaxınlığınızda sizə  kömək etməyə, dəstək olmağa, yaxşı məsləhət verməyə hazır olan insanlar var.

Bəzi köhnə şeylərə, həyata keçirilə bilməyən planlara qayıtmaq imkanı yaranacaq. Tək hərəkət etməyin. Belə olan təqdirdə işlər yolunda gedəcək.

Şir

Gün alış-veriş üçün münasibdir. Siz tez öyrənir, əvvəllər son dərəcə mürəkkəb və anlaşılmaz görünənləri asanlıqla başa düşürsünüz. Bəzi Şirlər öz istedadlarını istifadə edə biləcəkləri fəaliyyətlər aşkar edəcəklər.

Əvvəllər haqqında çox eşitdiyiniz insanlarla qeyri-adi tanışlıqlar və görüşlər ehtimal olunur.

Cəlbedici əməkdaşlıq təklifləri ola bilər. Siz onlardan imtina edə bilməyəcəksiniz.  Yaxınlarınızla münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Fikir ayrılıqları üçün heç bir səbəb olmayacaq.

Qız

Ev işləri, yaxınlarınızla görüşlər və ailə tədbirləri üçün əla gündür. İndi sizin üçün əziz olanları xüsusilə yaxşı başa düşür, başqalarının gizli istəklərini təxmin edə bilirsiniz.

Sevdiyiniz insana xoş sürpriz edə biləcəksiniz.

Çox şeyə qadir olduğunuzu hiss edəcək, çoxdandır ki, təxirə saldığınız işi həvəslə etməyə başlayacaqsınız.

Dostlarla gələcək üçün planları müzakirə edə bilərsiniz. Özünüzə güvəni formalaşdırmağa çalışın.

Sizə iş və ya bizneslə bağlı əla məsləhətlər veriləcək. Bu məsləhətləri dinləyin, əməl etməyə çalışın.

Tərəzi

Bu gün üçün vacib işlər planlaşdırmayın.  Gün ciddi məsələlər üçün deyil, istirahət üçün daha uyğundur.

Gücünüzü bərpa etməyə və optimist olmağa kömək edəcək addımlar atın.  Bu gün dostlarla görüşmək üçün də əlverişli gündür.

Köhnə hobbinizi xatırlaya və ya sadəcə yaxşı bir film izləyə bilərsiniz.

Pul, alış-veriş, əmlakla bağlı qərarlar qəbul etmək arzuolunmazdır. Bu gün vəziyyəti düzgün qiymətləndirmək sizin üçün çətin gündür. Bu səbəbdən də səhv ehtimalı yüksəkdir. Bir az gözləyin, səbr edin. Tezliklə nə edəcəyiniz sizə tam şəkildə aydın olacaq.

Əqrəb

Diqqətinizi bir işə cəmləyə bilməyəcəksiniz. Bu gün, eyni anda bir neçə işi görməli, fərqli şeylər haqqında düşünməli, heç nəyi unutmamalısınız.

Çalışın ki, diqqətli olasnız. Bu gün işləri qarışdırmayın. Sizə kimin kömək edə biləcəyini düşünün. Bəzi problemlərin həlli başqalarına həvalə edilə bilər.

Başqalarına qarşı səbirli olun.

Başqalarının zəif cəhətlərinə qarşı yumşaq davranmağa çalışın. Bu həmişə asan olmayacaq.  Bəzən ağzınızdan ağır sözlər çıxır. Amma bu gün susa bilsəniz, sonradan özünüzə çox təşəkkür edəcəksiniz. Axşam uzaqdan gələn xoş xəbərlər, ruhlandırıcı xəbərlər vəd edir.

Oxatan

Ciddi və vacib işlər haqqında düşünmək üçün yaxşı gündür. Siz hadisələrə real baxırsınız.

İllüziya yaratmayın və heç kimin sizi aldatmasına imkan verməyin. Pul və əmlakla bağlı məsələləri müzakirə edə bilərsiniz. Sağlam düşüncəniz həmsöhbətlərinizdə xoş təəssürat yaradır.

Maraqlıdır ki, siz həmişə inandırıcı arqumentlər tapırsınız.

Yaradıcılıq və təxəyyül tələb edən məsələlərdə asanlıqla uğur qazanırsınız. Heç kimin ağlına gəlməyən ideyalar ortaya atırsınız. Planlarınızı həyata keçirməyinizə kömək etmək istəyən insanlar olacaq.

Oğlaq

Maraqlı bir gündür. Parlaq və yaddaqalan hadisələr olacaq.

Əvvəllər açıq-aydın görünən bir çox problem haqqında fikirləriniz dəyişə bilər. Yeni hədəflər təyin etmək, prioritletəri dəyişmək vaxtı gəlib çatıb. Bunu bəzi Oğlaqlar artıq başa düşəcəklər. Yaxınlarınız sizi dəstəkləyəcək və planlarınızı həyata keçirməyinizə kömək etməyə çalışacaqlar.

Dostlar sizi xoşbəxt edir. Onlar tez-tez təkliflər verirlər. Siz isə bu təkliflərə dərhal razılaşmağa hazırsınız. Romantik münasibətlərdə yaxşılığa doğru dəyişikliklər gözlənilir.

Bu müasibətlər daha da dərinləşəcək, daha isti və daha etibarlı olacaq. Gələcəklə bağlı ümumi planlar qurmaq üçün əlverişli gündür.

Dolça

Gün içində çoxlu faydalı məlumatlar əldə edəcəksiniz. Bu  məlumatlar bəzən tamamilə gözlənilməz mənbələrdən gələcək. Gözləmədyiniz insanlardam əhəmiyyətli xəbərlər alacaqsınız.

Bir çox Dolçalar əvvəllər diqqətdən kənarda qalan kiçik şeylərə diqqət yetirirlər.

Bu isə, Dolçaların məqsədə ən qısa yolu tapmasına kömək edəcək.

Mürəkkəb maliyyə məsələlərini həll etmək mümkün olacaq. Böyük alışlar planlaşdırıb, gələcək investisiyalar haqqında düşünə bilərsiniz. Gəlirinizi artırmaq üçün sadə, lakin təsirli bir yol tapacaqsınız.

Balıq

Məlumat öyrənmək, toplamaq və düşünmək üçün yaxşı gündür. Siz diqqətli və ciddisiniz.

Heç kimin sizi aşağılamasına imkan verməyin. Əvvəllər qazanılmış təcrübə faydalı olacaq.

Bunun sayəsində siz səhv etməyəcək, düzgün həlli daha tez tapacaqsınız. Bəzi Balıqların dərhal həyata keçirilə biləcək möhtəşəm ideyaları var.

Yeni tanışlıqlar üçün əlverişli gündür.

Fikirlərinizi sizin üçün çox vacib olan insanlarla paylaşa bilərsiniz.

Hətta çox tələbkar insanlarda belə xoş təəssürat yarada biləcəksiniz. Heç bir iş üçün çox cəhd etməyin. Özünüz olun...




Paylaş:


Müəllif : Tarix:
23-12-2023, 22:39
Sikayət   


loading...
Загрузка...