reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Qarabağ” klubu da bizim qədər məsuliyyət daşıyır” - “İdman” TV

reklam

“Qarabağ” klubu da bizim qədər məsuliyyət daşıyır” - “İdman” TV


















“Yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” klubu da məsuliyyət daşıyır”.

Bu barədə “İdman” TV-nin UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın Sloveniya klubu “Olimpiya” ilə keçirdiyi səfər oyunu zamanı yayımda yaranmış problemlə bağlı yaydığı növbəti məlumatda bildirilir.

“Hörmətli futbol azarkeşləri, “Qarabağ” – “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. “Qarabağ” futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə “İdman” TV qədər “Qarabağ” FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcəkdir”, - məlumatda deyilir.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma 69-cu dəqiqədən etibarən yayımlanıb.




Paylaş:


Müəllif : Tarix:
25-08-2023, 14:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər