reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qaltye ölümlə təhdid edilir

reklam

Qaltye ölümlə təhdid edilir
















PSJ-nin baş məşqçisi Kristof Qaltye futbol azarkeşləri tərəfindən ölümlə hədələnib.

Buna səbəb onun  “Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söyləməsidir. 

Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Bununla bağlı PSJ məşqçi və onun ailəsini mühafizə altına alıb.

Mütəxəssis onun haqqında səsləndirilən “təhqir və böhtan xarakterli ifadələr”lə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. O, artıq bu barədə PSJ-yə xəbərdarlıq edib .

Paris klubu da bu məsələ haqda öz araşdırmasını aparır.

Qeyd edək ki, daha əvvəl Qaltyenin sözügedən ifadələri işlətdiyi təsdiq olunacağı təqdirdə, PSJ-nin çalışdırıcını istefaya gönədiləcəyi bildirilmişdi.




Paylaş:


Müəllif : Tarix:
12-04-2023, 23:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər