reklam
Regionxeberlericom.az » Cəmiyyət » «Azsığorta» yanvarı texniki zərərlə başa vurub – YENİ RƏQƏMLƏR

reklam

«Azsığorta» yanvarı texniki zərərlə başa vurub – YENİ RƏQƏMLƏR


















«Azsığorta» ASC-nin sığorta haqları azalıb, ödənişləri artıb.

FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin yanvarında «Azsığorta» ASC-nin sığorta yığımları 869 min manat təşkil edirdisə, 2023-cü ilin yanvar ayında bu rəqəm 668 min manata düşüb. Nəticədə, 201 min manatlıq və ya 23,1%-lik azalma qeydə alınıb.

Sığorta ödənişləri üzrə göstəricilərdə isə artım qeydə alınıb.

Belə ki, 2023-cü ilin yanvar ayında “Azsığorta” ASC-nin sığorta ödənişlərinin həcmi 782 min manat təşkil edib.

Bu 2022-ci ilin yanvar ayı ilə müqayisədə 57,7%, yəni 286 min manat artıqdır. Xatırladaq ki, ötən ilin yanvarında şirkətin ödənişləri 496 min manat olmuşdu.

Yığımların azalması, ödənişlərin isə artması nəticəsində «Azsığorta» şirkətinin ödənişləri yığımlarını keçib və şirkət yanvar ayında texniki zərərlə işləyib.

Belə ki, şirkətin ödənişlərinin yığıma nisbəti 117% olub. Müqayisə üçün - 2022-ci ilin yanvarında şirkətin yığımları ödənişlərini təqribən 2 dəfə üstələyirdi və ödəniş yığım nisbəti cəmi 57% idi.




Paylaş:


Müəllif : Tarix:
27-02-2023, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər