reklam
Regionxeberlericom.az » Cəmiyyət » Vaqif Axundovun qardaşı oğlunu o əvəz etdi - Fotolar

reklam

Vaqif Axundovun qardaşı oğlunu o əvəz etdi - Fotolar

















Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib.
RegionXəbərləricom.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzinə rəis təyin olunub.
O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. Mehman Axundov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, 1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, 2 övladı var.
Onu da qeyd edək ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.
 




Paylaş:


Müəllif : Tarix:
20-01-2023, 18:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər