reklam
Regionxeberlericom.az » Cəmiyyət » Şəbnəm Tovuzludan “molla rejimi”nə dəstək

reklam

Şəbnəm Tovuzludan “molla rejimi”nə dəstək















Müğənni Şəbnəm Tovuzlunun İran səfəri səs-küysüz ötüşmədi. Bir neçə gün əvvəl qonşu ölkəyə səfər edən xanım müğənni Qum və Məşhəd şəhərlərinə gedərək, ziyarətgahlara baş çəkdi. 

Ifaçı İranda çəkdirdiyi fotoları “İnstagram” hesabında paylaşdıqdan sonra diqqəti öz üzərinə çəkib. Müğənninin qara çarşaba bürünərək kamera qarşısına keçməsi müxtəlif ittihamlara səbəb olub. 

Sosial şəbəkə iştirakçıları Şəbnəm Tovuzlunu sərt tənqid ediblər. Onlar İranda qadınların öz azadlıqları uğrunda mübarizəyə başladıqları bir dövrdə xanım müğənninin qara çarşaba bürünərək poz verməsinin siyasi xarakter daşıdığın iddia ediblər. Şəbnəm Tovuzlunun İran səfərindən daha uzağa gedən nəticə çıxaranlarda olub. 

Bəzi sosial şəbəkə iştirakçıları Azərbaycanlı müğənninin bu davranışları ilə İrandakı molla rejiminə dəstək verdiyini bildiriblər.

Onların fikrincə, dini mövzularda heç vaxt həssas davranmayan, əksinə, həmişə açıq-saçıq fotoları ilə gündəmə gələn Şəbnəm Tovuzlunu İranda azadlıqlar uğrunda mübarizənin getdiyi bir vaxtda çarşaba bürünməsi siyasi məna daşıyır və birbaşa İran rejiminin maraqlarına xidmət edir. 





Paylaş:


Müəllif : Tarix:
27-12-2022, 13:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər