Dünyanın ən böyük akvariumu partladı - Video

Berlində yerləşən dünyanın ən böyük akvariumu partlayıb.
Bu barədə məlumatı Almaniya polisinə istinadən “Associated Press” agentliyi yayıb.
Məlumata görə, silindr formalı 25 metr hündürlüyə sahib akvariumda müxtəlif növ 1500 balıq olub. Onlar sırasında nadir tropik balıq növləri də yer alıb. Balıqların hamısının tələf olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Versiyalardan birinə görə, akvarium hava temperaturunun enməsi səbəbindən çatlayıb, daha sonra isə partlayıb.
İnsident nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, sözügedən akvarium Berlində Aleksanderplats meydanına yaxın hotellərdən birində yerləşir.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-12-2022, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-12-2022, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 15:04
Dünən, 14:39
11-09-2025, 20:43
11-09-2025, 14:11

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”