reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Polislər oğlumu qamışlığa aparıb, başına sidik ifraz ediblər”

reklam

“Polislər oğlumu qamışlığa aparıb, başına sidik ifraz ediblər”


















Oğlumla Kürdəxanıdakı təcridxanada görüşdüm. Dedi, ata, məni elə Lökbatandakı qamışlığa apardılar, başıma sidik ifraz elədilər, o qədər döydülər ki, dedim, gətirin, nəyə istəyirsiniz, qol çəkim, məndən əl çəkin”.

Bunu Bakının Lökbatan qəsəbəsində yaşayan Kərəməli Şəkərov Meydan TV-yə deyib.

O bildirib ki, 25 yaşlı oğlu Orxan Şəkərov oktyabrın 7-də günorta saatlarında Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Atanın iddiasına görə, ərazi polisləri Orxanı saxladıqdan sonra “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil veriblər. Ailə məsələdən həmin İdarədən gələn zəngdən sonra xəbər tutub.

“Zəng vurub, məni idarəyə çağırdılar. Getdim, özünü Ceyhun Məmmədov kimi təqdim edən mülki geyimli əməkdaş qəbul elədi. Dedim, uşağı niyə bura gətirmisiz? Dedi, barəsində şikayət var. Dedim, bu uşaq səhər evdən çıxır, orda-burda günəmuzd fəhləlik edir, kiminlə nə işi var axı… Barmaqlarını qoşalaşdırıb beş işarəsi göstərdi, dedim, 65 yaşım səhər saat 6-da evdən çıxıram, axşama kimi daş karxanasında daş yükləyirəm. Mənim kimsəyə verəcək pulum yoxdur. Dedi, özün bilərsən, “oformit” eləyib, göndərirəm Kürdəxanıya”, - K.Şəkərov bildirib.

Atanın sözlərinə görə, növbəti gün xəbər tutub ki, Orxan Bakı İstintaq Təcridxanasına göndərilib. Orada görüş zamanı ona məlum olub ki, oğlu Cinayət Məcəlləsinin 234.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) maddəsiylə cinayət məsuliyyətinə cəlb olunub. Oğlu ona şərləndiyini deyib:

“Dedi ki, ata, əvvəlcə mənə dələduzluq maddəsiylə cinayət işi açmaq istədilər, gördülər, heç bir sübut yoxdur, Lökbatandakı qamışlıq əraziyə aparıb işgəncə verdilər, şəxsiyyətimi alçaldan hərəkətlər etdilər, başıma sidik ifraz etdilər, məni o qədər döydülər ki, gördüm əllərində öləcəm, dedim, verin, nəyə istəyirsiz qol çəkim”.

Kərəməli Şəkərovun sözlərinə görə, oğlu ona deyib ki, bir qadınla münasibət qurub, həmin qadın onu şantaj edib:

“Qadın polislərin adamı imiş, oğlumdan başqa daha bir neçə nəfəri şantaj edirmiş. Dedi ki, ata, qadın məndən hamilə qaldığını, ondan ayrılsam, evimizə gəlib, bu barədə ailəmə xəbər verəcəyini deyirdi, mən də ayrılmağa qorxurdum. Mənə kart verirdi, gedib pul çıxarırdım, gətirib özünə verirdim. Nə pul olduğunu bilmirdim”.

Kərəməli Şəkərov deyib ki, oğlu Orxan günəmuzd fəhləlik edirmiş, iki azyaşlı övladı var.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyilənləri yalan və şəxsi mülahizə hesab edib:

“Deyilənlər əsassız olmaqla yanaşı, şəxsi mülahizələrdir, faktsızdır. Vətəndaşın hansı cinayətdə şübhəli bilinməsindən asılı olmayaraq, prosessual tələblərə uyğun olaraq onun hüquq və vəzifələri polis əməkdaşları tərəfindən tədbirlərin görülməsi zamanı diqqət mərkəzində saxlanılır. İctimai mövqeyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insanı rəftara məruz qala bilməz”.

Xatırladaq ki, dekabrın 10-də Amerika Birləşmiş Ştatları Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü və Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Bandotdel”in əməkdaşı Kərim Əlimərdanova qarşı sanksiya tətbiq edib.




Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 17:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər