reklam
Regionxeberlericom.az » Cəmiyyət » Özünü güllələyən hərbçimiz dünyasını dəyişdi

reklam

Özünü güllələyən hərbçimiz dünyasını dəyişdi















30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, qurumun rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Qeyd edək ki, Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Kənan Nuriyev noyabrın 29-da odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

Daha sonra Hərbi Prokurorluq məlumat yayaraq, fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığını açıqlayıb və istintaqın davam etdirildiyi qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
7-12-2022, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər