reklam
Regionxeberlericom.az » Cəmiyyət » İranda SEPAH generalı həbs edildi

reklam

İranda SEPAH generalı həbs edildi

















İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirlərindən biri olan general Məhəmməd Bağır Bəxtiyar İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu barədə “Alarabiya” məlumat yayıb. Məlumata görə, general saxlanılmazdan əvvəl təhlükəsizlik qüvvələri onun evinə basqın edib və şəxsi əşyalarını müsadirə edib.

Bildirilir ki, o, daha əvvəl audio fayl yayaraq İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə ittiham edib.

Onun sözlərinə görə, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı Əmininin ölümünə kəllə sümüyünün zədələnməsi diaqnozunu qoyublar.

İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri deyib ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi:

“Artıq xalqın əsas hədəfi rəhbərdir, şüarlar bir başa ona qarşı yönəlib. Bunu başa düşün ki, xalq artıq sizi istəmir”.




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 16:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər