reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ucar rayon ümumtəhsil şagirdləri arasında bilik yarışı keçirilib.

reklam

Ucar rayon ümumtəhsil şagirdləri arasında bilik yarışı keçirilib.

















RegionXəbərləricom.az xəbər verir ki, təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib olmuş "Coğrafiya ulduzlarının festivalı" layihəsi çərçivəsində Ucar rayon ümumtəhsil şagirdləri arasında bilik yarışı keçirilmişdir.

Layihənin məqsədi təhsilalanlarda dövlət standartlarına uyğun təhsil nəaliyyetleri formalaşdırmaq, nəzəri biliklərlə yanaşı həm də praktik bacarıqlar yaratmaqdır.

Yarışın ilk mərhələsi 23 noyabr 2022-ci il tarixində baş tutmuş və 37 məktəb komandası iştirak etmişdir.İlk mərhələdə 11 məktəbin komandası yüksək bal toplayaraq final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Final mərhələsində şəhər 1,3,4,5, Alpout kənd 1 nömrəli, Qazyan kənd 2 nömrəli, Lək kənd 1 nömrəli, Bağman,Alpı və Xalac kənd tam orta məktəblərin komandaları mübarizə aparmışlar.

Son nəticələrə əsasən:

Şəhər 4 nömrəli tam orta məktəbin komandası. - I yerə;

Alpı kənd tam orta məktəbin komandası - II yerə;

Şəhər   3 nömrəli tam orta məktəb və Alpout kənd 1 nömrəli tam orta məktəblərin komandaları III  yerə layiq görülmüşdür.

Qalib komandaları təbrik edir,gələcək fəaliyyətlərində uğurlar arzulayırıq...


Layihə rəhbəri şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Fatma Abbasova.



 




Paylaş:


Müəllif : Tarix:
25-11-2022, 23:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər