Dövlətə 2 milyondan artıq ziyan vuranlara cinayət işi açıldı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Abşeron və Hacıqabul rayonlarının ərazisində qanunsuz qum hasilatı aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları ilə bağlı araşdırmalar aparılıb.
Abşeron rayonu 1 nömrəli Hövsan Südçülük sovxozunun ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tutulmaqla, həmçinin Hacıqabul rayonunda yerləşən “Qalmaz” adlı ərazidə dövlətə məxsus torpaq sahəsində on minlərlə kub metr həcmində qumun qanunsuz hasilatı aparılıb.
Ümumilikdə iki milyon manatdan çox ziyanın dəyməsi ilə nəticələnmiş faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 255.2-ci (255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün daxili işlər orqanlarına göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2022, 15:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB