Səfər Mehdiyevin yüksək vəzifə verdiyi polkovnik işdən çıxarıldı - KİV
Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib.
Bu barədə Qaynarinfo.az məlumat yayıb. Bildirilib ki, komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov “Abşeron” gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Eyni zamanda, S.Mehdiyevin kadrlarından olan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov da avqustun 5-də təqaüdə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-08-2022, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB