Arda Kural əyləncə məkanında mühafizəçini döydü - Fotolar

2000-ci illərin əvvəlində “Türkiyənin Di Kapriosu” ləqəbi ilə tanınan 42 yaşlı aktyor Arda Kural məkanların birində dava edib.
Aktyor Büyükçekmece Albatros Sahilində yerləşən əyləncə məkanlarının birində hələlik məlum olmayan səbəbdən oranın administrasiyası ilə mübahisə edib.
Daha sonra mübahisə davaya çevrilib. Nəticədə Kural mühafizəçi Gökhan Yıldıza yumruq atıb. Aktyorun hadisə yerindən uzaqlaşdığı anın görüntüləri təhlükəsizlik kameralarına yansıyıb. O, polis bölməsinə aparılıb.
Xatırladaq ki, bir müddət əvvəl A. Kural ailəsi ilə problem yaşamış, nəticədə polis bölməsinə aparılmışdı. Anası G.Ç. polisə şikayətində oğlunun onu təhdid etdiyini, qardaşı A.K. isə döyüldüyünü bildirmişdi. Kural isə qardaşını döydüyünü etiraf etmiş, digər ittihamları rədd etmişdi. Aktyorun haqqında bir ay müddətinə evdən uzaqlaşdırılması barədə qərar çıxarılmışdı.
Qeyd edək ki, karyerasına Kral TV-də VJ olaraq başlayan, ardınca 2000-ci illərin əvvəlində “Eyvah kızım büyüdü”, 2005-2008-ci illərdə isə “Emret komutanım” rol alan A. Kural bir müddət psixoloji sıxıntılar yaşayıb. Ekranlardan uzaqlaşan və psixoz diaqnozu qoyulan aktyor 20 gün Bakırköy Ruh və Sinir Xəstəlikləri xəstəxanasında müalicə olunub.
O, ötən həftələrdə “Dilber ay” filminin qala gecəsində obyektivlərə tuş gəlib və media nümayəndələri ilə söhbət edib: “Öz daxilimdə müharibə başlatdım və bu müharibədə qalib gəldim. Artıq geri dönürəm”.

Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2022, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB