Bölmədə döyüldüyünü deyən şəxslə bağlı - DİN-dən açıqlama

Özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov polis bölməsinə aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib.
O, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanıldığını deyib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov iddialarla bağlı bildirib ki, Elnur Həsənovun dedikləri tamamilə yalandır: "Bu törətdiyi qanunazidd əməlləri ört-basdır etmək məqsədi daşıyır. Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini gənc qadın A.K. uzun müddətdir ki, müxtəlif vaxtlarda polisə müraciət edərək uzaq qohumu olan Elnur Həsənovun dəfələrlə ona evlilik təklif etməsini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.
Qadın ərizələrində Elnur Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K.-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə Elnur Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü. Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K.-nın təqibini davam etdirdiyinə görə sonuncu Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib, eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər.
Müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həsənov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib".
Paylaş:
Müəllif : Fuad
Tarix:28-07-2022, 10:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB