Şəhid jurnalist Məhərrəm İbrahimovun il mərasimi keçirilib — FOTOLAR
Jurnalist Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü münasibətilə mərasim keçirilib.
Mərasim şəhidin vaxtı ilə yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 10 ünvanında təşkil edilib.
Yas mərasimində M.İbrahimovun yaxınları ilə yanaşı, dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, ötən gün jurnalist M.İbrahimovun şəhid olmasının ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərhumun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub. Mərasimdə M.İbrahimovun iş yoldaşları, media nümayəndələri, ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid jurnalistin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Qeyd edək ki, iyunun 4-də AZƏRTAC-ın müxbiri M.İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarının bir ili tamam olub. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.
Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olub, daha 4 nəfər isə yaralanıb./"Report"/
Paylaş:
Müəllif : Fuad
Tarix:5-06-2022, 14:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB