Soyuducudan çıxıb canlı yayıma qatıldı - Video

Serbiya Prezidenti Aleksandr Vuçiç canlı yayımlanan televiziya proqramına soyuducudan çıxaraq qatılıb.
Yerli “Pink TV”də yayımlanan verilişə əlində turşu bankası ilə çıxıb.
Seçki kampaniyasında sonuncu çıxışını edən Vuçiç alqışlarla qarşılanıb.
“Hər kəs məndən elə bezib ki, soyuducunu açsa, içindən mənim çıxacağımı zənn edirlər”, - Serbiya Prezidenti qeyd edib.
Qeyd edək ki, bu ssenari Vuçiçin seçki kampaniyası çərçivəsində yayımlanan reklam videosu əsasında hazırlanıb. Belə ki, reklam videosunda gənc bir ailənin soyuducusundan ölkənin prezidenti – Vuçiç çıxır.
Xatırladaq ki, yanvarda Serbiyada konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Seçkilər Avropa İttifaqının Belqraddan ədliyyə islahatı tələbləri ilə əlaqədar baş tutub.Dəyişikliklərin təsdiqindən sonra Brüssel Avropaya inteqrasiya prosesini sürətləndirəcəyinə söz verib. Vuçin 3 apreldə keçiriləcək prezident seçkilərində əsas namizəd hesab olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2022, 20:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə