MÜRVƏT HƏSƏNLİ İCTİMAİ BİRLİYƏ SƏDR SEÇİLDİ - Quşçuluqla məşğul olan sahibkarlar bu qurumda birləşəcək
Azərbaycanda tanınmış iş adamlarından biri olan Mürvət Həsənli “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri seçilib.
Bununla bağlı qərar bu gün Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında keçirilən görüş zamanı qəbul olunub.
Tədbirdə “Quşçular Cəmiyyəti” İctimai Birliyinin adının dəyişdirilərək “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi adlandırılması barədə qərar qəbul olunub və müzakirələrdən sonra qurumun nizamnaməsinə dəyişikliklər təsdiq edilib. Səsvermə nəticəsində uzun illər quşçuluq təsərrüfatı sahəsində çalışan, kifayət qədər təcrübəli və bacarıqlı iş adamı kimi tanınan Mürvət Həsənli Assosiasiyanın sədri seçilib.
Adı dəyişdirilən və yenilənən Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və birliyə yeni üzvlər seçilib. Həmçinin, qurumun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınıb.
Xatırladaq ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında keçirilən görüşdə “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib. Görüşdə sahibkarlar tərəfindən quşçuluğun inkişafına yardım edəcək çoxsaylı təkliflər verilib və həmin təkliflər nazirlik nümayəndələri tərəfindən qeydə alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-02-2022, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB