“BİZ SİZİ MAYDA GÖZLƏYİRDİK...” – “Sərhədlərimizdə stabil ağır vəziyyət qalmaqdadır”

Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Arşak Karapetyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə belaruslu həmkarına bir xeyli gileylənib.
“AzPolitika.info” xəbər verir ki, yeni nazirin S.Zasla görüşünü işıqlandıran erməni mediası Karapetyanın açıq şəkildə KTMT-nin fəaliyyətindən narazılığını ifadə etdiyini yazır. Belə ki, S.Zası İrəvanda qəbul edən nazir KTMT-nin baş katibinə deyib: “Biz sizin səfərinizi mayda (Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranan ilk dövrdə-red.) gözləyirdik. Həmin vaxt Ermənistan üçün kifayət qədər gərgin dövr idi, ancaq təəssüf ki, sizin səfəriniz baş vermədi. Bu gün bizim sərhədlərimizdə stabil ağır vəziyyət qalmaqdadır...”
Ardınca Azərbaycan tərəfini sərhədi pozmaqda günahlandıran nazir Ermənistanın “məsələni güc yolu ilə həll etmək” bacarığının olduğuna dair sərsəm fikirlər səsləndirib. Ancaq Ermənistanın bu cür boş hədə-qorxularına öyrəşdiyimizdən və 44 günlük müharibədə ermənilərin nəyə qadir olduqlarına, eləcə də müharibədən sonra erməni ordusundan nə qaldığına bələd olduğumuzdan bu hədə-qorxulara önəm verməyə dəymir. Odur ki, bu açıqlamada əsas məqam Paşinyan hökumətinin Rusiyadan və onun rəhbərlik etdiyi KTMT-dən narazılığını açıq şəkildə ifadə etməsidir. Məlum məsələdir ki, Karapetyan özünün yox, Paşinyanın sözünü deyir. Paşinyansa Rusiyaya özünün açıq mətnlə ifadə edə bilmədiyi narazılığı nazirin dili ilə çatdırır.

Yeni müdafiə naziri KTMT rəhbəri ilə görüşdəki çıxışında həmçinin bildirib ki, KTMT-nin böhran situasiyalarına reaksiyası və qərarların qəbul edilməsilə bağlı operativlik səviyyəsi müasir dövrün tələblərinə cavab vermir. Yəni müdafiə naziri demək istəyir ki, Ermənistan istər 44 günlük müharibəyə, istərsə də sərhəddə yaranmış qarşıdurmalara Rusiyanın başçılığı ilə KTMT-nin dərhal müdaxilə etməsini və Azərbaycanı “cəzalandırmasını” gözləyib, lakin bu gözləntilər özünü doğrultmayıb. Əslində, Paşinyanın yeni müdafiə nazirinin dili ilə söylədikləri KTMT-dən çox erməni əhalisinə hesablanıb. Məqsəd bir daha Rusiyanın etibarlı tərəfdaş olmadığını, Fransaya və ümumilikdə Qərbə yönələn siyasətin daha doğru olduğunu göstərməkdir.
Onu da qeyd edək ki, ümumilikdə son günlər Ermənistanın Rusiya ilə hərbi rəhbərliklər səviyyəsində görüşləri xeyli intensivləşib. Belə ki, KTMT rəhbərinin İrəvana səfərindən dərhal sonra Rusiya müdafiə naziri Sergey Şoyqu Karapetyanı Moskvaya çağırıb. Bu təmasların nəyə hesablandığı və nəylə nəticələnəcəyini isə yəqin ki, yaxın günlərdə görəcəyik.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-08-2021, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-08-2021, 13:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ