reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ronaldoya qarşı böyük məbləğdə təzminat davası açıldı - Fotolar

reklam

Ronaldoya qarşı böyük məbləğdə təzminat davası açıldı - Fotolar


“Juventus” futbolçusu Kristiano Ronaldonu ona təcavüz etməkdə günahlandıran Ketrin Mayorqa ulduz futbolçudan tələb etdiyi təzminatın miqdarını açıqlayıb.

2009-cu ildə Ketrin Mayorqa adlı modelə təcavüz etdiyi iddia edilən Ronaldonun məhkəməsindən yeni məlumatlar mətbuata sızdırılıb.

Belə ki, Ronaldo 25 yaşında gecə klublarından birində tanış olduğu qadını Las Veqasdakı otel otağına apararaq təcavüz etdiyi iddiasını tamamilə rədd edir.

Yeni çıxarılan məhkəmə sənədlərində keçmiş model Mayorqanın ulduz oyunçudan tələb etdiyi təzminat məbləği açıqlanıb. O, futbolçununn keçmişdə ona yaşatdıqlarına görə 18 milyon funt, gələcək problemlər üçün 18 milyon funt sterlinq və cəza ödənişləri üçün 18 milyon funt sterlinq tələb edib. 37 yaşlı qadın məhkəmə xərcləri ilə birlikdə 56,5 milyon funt sterlinq təzminat istəyib. Bu məbləğ isə “Juventus” ulduzunun iki illik maaşına bərabərdir.

Mayorqa 2010-cu ildə Ronaldonun vəkilləri ilə etdiyi razılaşma nəticəsində işi məhkəməyə daşımamaq qarşılığında pul alsa da, illər sonra bu fikrindən daşınıb. O, illər əvvəl ona təzyiqlər olduğu üçün işi məhkəməyə çıxarmadığını qeyd edib.







Paylaş:


Müəllif : Tarix:
29-04-2021, 13:52
Sikayət   


loading...
Загрузка...