reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məşhur model özündən 6 yaş kiçik futbolçudan hamilə qaldı - Fotolar

reklam

Məşhur model özündən 6 yaş kiçik futbolçudan hamilə qaldı - Fotolar


İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kayl Uoker dördüncü dəfə ata olacaq.
“The Sun” nəşri xəbər verir ki, bu barədə məşhur ingilis model Laurin Qudmen məlumat verib.
O, bildirib ki, 23 yaşlı müdafiəçi ilə ötən yay qısa müddətlik münasibət yaşayıblar. Daha sonra hamilə olduğunu öyrənən model bunu hər kəsdən gizlətməyi planlaşdırsa da, alınmayıb:
“İlk başlarda bunu hər kəsdən gizlədəcəyimi düşünürdüm. Kilolarım artdıqca tez-tez mənə uşağın atasının kim olduğu barədə suallar gəlirdi. Lakin mən bunu hələ də açıqlamaq niyyətində deyildim. Bir müddət sonra suallar yerini təhqirə və nalayiq fikirlərə verməyə başladı. Bundan sonra mən də məcbur qalıb, uşağın atasının kimliyini açıqladım. Bəli, mən keçən yay bir müddət Kaylla münasibətdə oldum. Sonradan hamilə olduğumu öyrənəndə uşağı tələf etməyi düşünmədim. Fikirləşirəm ki, analıq hissi çox gözəldir. Mən körpəmlə yeni bir yola başlamışam. Hər şeyin yaxşı gedəcəyinə ümidliyəm. Ancaq mən hamiləlik dönəmini hər bir qadının yaşadığı kimi yaşamayacağam. Çünki həkimlər məndə fərqli bir xəstəlik tapıblar, hazırda müalicə alıram. Hər şey gözəl olacaq. Buna inanıram”.
Qeyd edək ki, ötən yay hər iki cütlük öz sevgililəri ilə ayrılıb. Bundan sonra 29 yaşlı model 23 yaşlı futbolçu ilə sevgili olub. Lakin tez bir zamanda cütlük münasibətini bitirib. 
Xatırladaq ki, K.Uokerun daha öncə birlikdə olduğu Annie Kilnerdən 3 övladı var.
Məşhur model özündən 6 yaş kiçik futbolçudan hamilə qaldı - Fotolar
Məşhur model özündən 6 yaş kiçik futbolçudan hamilə qaldı - Fotolar
Məşhur model özündən 6 yaş kiçik futbolçudan hamilə qaldı - Fotolar
Məşhur model özündən 6 yaş kiçik futbolçudan hamilə qaldı - Fotolar
 



Paylaş:


Müəllif : Tarix:
12-02-2020, 15:49
Sikayət   


loading...
Загрузка...