Kanada sanksiyalara rəğmən “Bayraktar”lar üçün texnika satıb? - Ermənistanı SİLKƏLƏYƏN İDDİA
Kanadanın ölkəyə məxsus texnikanın Azərbaycan – Ermənistan münaqişə zonasında mövcudluğu məsələlərini araşdıran parlament komitəsinə təqdim olunan sənədlərdən birində baş nazir Castin Trüdo hökumətinin Türkiyəyə tətbiq edilən sanksiyaları yardığı qeyd olunub.
Bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.
Kanada 2019-cu ildə Türkiyəyə bir sıra silah və texnikaların satışına qadağa qoyub. Bunlardan biri də “Bayraktar” PUA-larında tətbiq olunan “L3Harris Wescam” optik texnikası olub. Lakin 2020-ci ildə Kanada Türkiyənin bu texnikadan Suriyada humanitar məqsədlərlə istifadə etdiyi qənaətin gələrək sözügedən cihazın Türkiyəyə satışına istisna hal kimi icazə verib.
Erməni mətbuatı hazırda “Bayraktar” PUA-larında da istifadə olunan “L3Harris Wescam” optik texnikasının sanksiyalara baxmayaraq Türkiyəyə necə satıldığını araşdırmağa cəhd edir.
Görünür, Türkiyənin Kanada ilə NATO müttəfiqi olduğunu və regionda alyansın ən önəmli dayağı olması faktını unudan Ermənistan, dövlət və diaspora səviyyəsində görülən bütün işlərə, hər vəchlə Türkiyənin yoluna əngəl çıxarmaq istəməsinə baxmayaraq, rəsmi Ankaranın bu məsələdə istədiyini almasını həzm edə bilmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2021, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-03-2021, 11:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:42
Dünən, 10:20
19-08-2025, 15:06

Gözə kül üfürmək: Emin Əmrullayev və Eşqi Bağırov Azərbaycanın sadəcə Bakıdan ibarət olduğunu düşünür.

Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə