
Koronavirusa inanmayan və lağa qoyan prezident yoxa çıxıb

Tanzaniyanın prezidenti, COVİD-19 pandemiyasını lağa qoyan və koronavirusun mövcudluğuna inanmayan Con Maqufuli üç həftədən artıq “yoxa çıxıb”.
Ölkə başçısı publika qarşısında görünmür və müxalifət lideri Tundi Lisunun bildirdiyinə görə, 61 yaşlı Maqufuli koronavirusa yoluxub. Qonşu Keniyada xəstəxanalardan birinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub, vəziyyəti kritikdir.
Digər məlumata görə prezident Hindistana müalicəyə aparılıb və ölüm ayağındadır.
Tanzaniya hakimiyyəti isə həm epidemiyanı, həm prezidentin yoxa çıxmasını inkar edir. Hüquqi münasibətlər naziri (Tanzaniyada belə vəzifə var) Mviqulu Nçemba Tvitter-də bildirib ki, prezident publika qarşısına çıxmalı deyil. “Axı o teleaparıcı deyil ki, hər gün efirə çıxsın”,-nazir bildirib.
Bir neçə gün əvvəl isə Keniya qəzetlərindən biri “Afrika ölkələrindən birinin liderinin” paytaxt Nayrobidə xəstəxanaya yerləşdirildiyini və koronavirusla bağlı süni tənəffüs aparatına qoşulduğunu yazıb. Lakin həmin dövlət başçısının adını göstərməyib. Hərçənd məqalədə qonşu Tanzaniyanın adı çəkilir.
Prezident Maqufuli sonuncu dəfə publika qarşısında fevralın 24-də görünüb və paytaxt Dar-əs-Salamda kommersiya mərkəzinə baş çəkib, orada təşkil olunan konfransda çıxış edib. Fevralın 27-də o, Şərqi Afrika ölkələri liderlərinin videokonfrans yolu ilə təşkil olunan sammitinə qatılmalı idi, amma sammitdə görünməyib. Əvəzində ölkəni vitse-prezident Samiya Hasan Suluhu təmsil edib.

Fevralda prezident əhalini “xəstəlikdən sağalmaq” üçün üç gün dua etməyə çağırmışdı. Lakin koronavirus pandemiyası haqda danışmamışdı, bildirmişdi ki, sərt karantin tətbiq etməyəcək: “Mən lokdaun elan etməyə hazırlaşmıram, çünki bizi Allah qoruyur!”
O, habelə oğlunu limonlu zəncəfill və buxar inqalyasiyası ilə necə müalicə etdiyini də danışmışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tanzaniya koronavirusa yoluxma halları barədə rəqəmləri 2020-ci ilin mayından etibarən təqdim etmir. Həmin vaxta qədər ölkədə 509 yoluxma və 21 ölüm qeydə alınmışdı. Tanzaniyanın səhiyə naziri isə rəsmən koronavirusa qarşı vaksinlərdən imtina edib, hətta COVAX proqramı çərçivəsində pulsuz verilən vaksinləri də almayacaqlarını bildirib. Tanzaniyadan başqa Burundi, Eritreya və Madaqaskar da vaksin almaqdan imtina edib.
Tanzaniyanın Zanzibar regionunun birinci vitse-prezidenti Seyf Hamad ötən ay koronavirusdan ölüb. Bundan bir neçə gün sonra maliyyə naziri Filip Mpanqo koronavirusa yoluxub öldüyü haqda şaiyələri təkzib etmək üçün Nayrobidə konfransda çıxış edib. Amma nazir həmin vaxt bərk öskürürmüş və xırıldayırmış…
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2021, 10:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Tanzaniyanın prezidenti, COVİD-19 pandemiyasını lağa qoyan və koronavirusun mövcudluğuna inanmayan Con Maqufuli üç həftədən artıq “yoxa çıxıb”.
Ölkə başçısı publika qarşısında görünmür və müxalifət lideri Tundi Lisunun bildirdiyinə görə, 61 yaşlı Maqufuli koronavirusa yoluxub. Qonşu Keniyada xəstəxanalardan birinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub, vəziyyəti kritikdir.
Digər məlumata görə prezident Hindistana müalicəyə aparılıb və ölüm ayağındadır.

Bir neçə gün əvvəl isə Keniya qəzetlərindən biri “Afrika ölkələrindən birinin liderinin” paytaxt Nayrobidə xəstəxanaya yerləşdirildiyini və koronavirusla bağlı süni tənəffüs aparatına qoşulduğunu yazıb. Lakin həmin dövlət başçısının adını göstərməyib. Hərçənd məqalədə qonşu Tanzaniyanın adı çəkilir.
Prezident Maqufuli sonuncu dəfə publika qarşısında fevralın 24-də görünüb və paytaxt Dar-əs-Salamda kommersiya mərkəzinə baş çəkib, orada təşkil olunan konfransda çıxış edib. Fevralın 27-də o, Şərqi Afrika ölkələri liderlərinin videokonfrans yolu ilə təşkil olunan sammitinə qatılmalı idi, amma sammitdə görünməyib. Əvəzində ölkəni vitse-prezident Samiya Hasan Suluhu təmsil edib.

Fevralda prezident əhalini “xəstəlikdən sağalmaq” üçün üç gün dua etməyə çağırmışdı. Lakin koronavirus pandemiyası haqda danışmamışdı, bildirmişdi ki, sərt karantin tətbiq etməyəcək: “Mən lokdaun elan etməyə hazırlaşmıram, çünki bizi Allah qoruyur!”
O, habelə oğlunu limonlu zəncəfill və buxar inqalyasiyası ilə necə müalicə etdiyini də danışmışdı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Tanzaniya koronavirusa yoluxma halları barədə rəqəmləri 2020-ci ilin mayından etibarən təqdim etmir. Həmin vaxta qədər ölkədə 509 yoluxma və 21 ölüm qeydə alınmışdı. Tanzaniyanın səhiyə naziri isə rəsmən koronavirusa qarşı vaksinlərdən imtina edib, hətta COVAX proqramı çərçivəsində pulsuz verilən vaksinləri də almayacaqlarını bildirib. Tanzaniyadan başqa Burundi, Eritreya və Madaqaskar da vaksin almaqdan imtina edib.
Tanzaniyanın Zanzibar regionunun birinci vitse-prezidenti Seyf Hamad ötən ay koronavirusdan ölüb. Bundan bir neçə gün sonra maliyyə naziri Filip Mpanqo koronavirusa yoluxub öldüyü haqda şaiyələri təkzib etmək üçün Nayrobidə konfransda çıxış edib. Amma nazir həmin vaxt bərk öskürürmüş və xırıldayırmış…
Paylaş:
Müəllif :
Fuad
Tarix:13-03-2021, 10:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:05
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır
