reklam
Regionxeberlericom.az » Cəmiyyət » Mənzillərin məcburi sığortalanması yenidən gündəmdə - Vətəndaşlara mesajlar gəlir; ekspert

reklam

Mənzillərin məcburi sığortalanması yenidən gündəmdə - Vətəndaşlara mesajlar gəlir; ekspert


2020-ci ilin başa çatmaqda olması ilə bağlı “kupçalı” mənzillərin məcburi sığortalanması məsələsi yenidən gündəmə gəlib. Artıq vətəndaşların telefonlarına SMS-lər gəlir ki, mənzillərinizi sığortalayın. Bu məsələnin nə yerdə qaldığı hələ də tam məlum olmadığı üçün bu istiqamətdə bir çox suallar yaranıb ki, onlara hələ də cavab tapılmayıb.

Məcburi sığorta haqqında qanun qüvvəyə minibmi? Mənzillər uzağı, hansı tarixə kimi sığortalanmalıdır? Sığortalanmazsa, hansı cərimələr nəzərdə tutulur?

Bu suallar ətrafında geniş müzakirələr gedir. Bu müzakirələrin əsasını isə sığorta qiymətinin hansı məbləğdə olması təşkil edir. Eyni zamanda o da nəzərə alınır ki, pandemiyadan dolayı əhalinin dolanışığı 1 il öncəki ilə müqayisədə xeyli pisləşib. Bunun da sığorta işlərində problemlər yarada biləcəyi istisna edilmir.

Sığorta eksperti İlkin İbrahimov bununla bağlı qanunun qüvvəyə mindiyini qeyd etdi: “2011-ci ilin iyun ayından etibarən qanun qüvvədədir. Bu ”İcbari sığortalar haqqında" Qanundur. İcbari, yəni məcburi deməkdir. Dövlət inzibati vasitələrini tətbiq etməklə vətəndaşları qeyd olunan sığorta məhsulları ilə məcburi şəkildə sığortalamağı tələb edir. Dövlət qeyd edir ki, qanunda var. Məsələn, Daşınmaz Əmlakın İcbari növü, İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta, Avtonəqliyyat vasitələrinin icbari sığortası, sərnişinlərin icbari sığortası. Bu qeyd olunan növlər üzrə qanunla siz sığortalanmalısınız. Əgər sığortalanma olmasa, dövlət İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş cərimə mexanizmlərini tətbiq edəcəkdir. Burada konkret olaraq Daşınmaz əmlakla bağlı məsələ qeydiyyatdadır. Ona görə də vətəndaşlar bununla bağlı diqqətli olmalıdırlar.

Əgər sığorta etməsəm, nə baş verəcəyi ilə bağlı yaranan suallara gəlincə, daşınmaz əmlak məsələsində bu, sual doğuran məsələyə çevrilib. İnzibati cəza tətbiq olunması ilə bağlı prosedurlarda burada problemlər var. Hansı ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub, amma bunun tətbiqi mexanizmi yoxdur. Yəni protokol yazılmalıdır və bu protokolun qaydasını Nazirlər Kabineti müəyyən etməlidir. Amma bu protokolun nümunəsi yoxdur. Bir sözlə, İnzibati Xətalar Məcəlləsində olsa da, bunun tətbiqi mexanizmi mövcud deyil. Bu, o deməkdir ki, hazırkı dövrdə siz sığortanızı etməsəniz belə bununla bağlı heç bir cəza metodu tətbiq edilməyəcək. Burada əlavə olaraq, problemlər nə ola bilər? Daşınmaz əmlakınızı siz icbari sığorta etdirməsəniz, siz alqı-satqı zamanı bu prosesləri həyata keçirə bilməyəcəksiniz. Qanunda qeyd olunduğu kimi, Daşınmaz Əmlakın icbari sığortası olmalıdır. Eyni zamanda hər hansı məsələlərlə, ipoteka, kreditlərlə, girov qoyuluşu ilə bağlı məsələlərlə əlaqədar siz daşınmaz əmlakınızı sığorta edirməsəniz, bu müəyyən problemlərə gətirib çıxaracaq.

Daşınmaz əmlakın icbari sığortasında cəza metodları, onlardan nəticə üçün yox, vətəndaşların bunlardan yaxşı hal kimi istifadə etmələrini tövsiyə edərdim. Siz təsəvvür edin ki, burada il ərzində Bakı şəhəri üçün 50, Naxçıvan, Gəncə, Sumqayıt üçün 40, Azərbaycanın digər bölgələri üçün 30 manat verməklə daşınmaz əmlakınızı çox böyük risklərdən-yanğından, subasmadan, doludan və s. kimi qanunda göstərilən hallardan sığortalayırsınız. Bu da çox əla bir mexanizmdir. Siz təsəvvür edin, 30-50 manat verirsiniz, il ərzində daşınmaz əmlakınızla bağlı məsələlərdə evinizdə rahat şəkildə oturursunuz. Bu məbləği ödəməklə 15-25 min manatlıq sığorta təminatı alırsınız. Yəni il ərzində əmlakınızda neçə dəfə sığorta hadisəsi baş verirsə, bu zaman maksimal məbləğ qədər siz sığorta ödənişi ala bilərsiniz. Bir məsələni də qeyd edim ki, ötən il müəyyən məsələlərlə bağlı ajiotaj keçirdilər. Bununla bağlı vətəndaşlar kütləvi şəkildə kampaniyalara qoşularaq özlərini sığortaladılar. Bundan sonra həm pandemiya dövrü başladı, həm də sığorta şirkətləri sığorta ödənişlərini daha az etməyə başladılar. Məsələn, Mərkəzi Bankın sığorta nəzarəti xidmətinin hesabatı var. O hesabat bu ilin yanvar-oktyabr ayları üçündür. Bu aylar ərzində 36 milyon manat məbləğində sığorta yığımı baş vermişdi. Bunun 3.5 milyon manatını vətəndaşlar sığorta hadisəsi olaraq geri almışdılar. Bununla sığorta şirkətləri haradasa 10 dəfə irəli düşmüşdülər. Hansı ki, bu məsələlərdə müəyyən problemlər mövcuddur. Vətəndaşlar elə məsələlər var ki, burada sığorta ödənişlərini ala bilmirlər, çətinliklər yaranır. Bunun da nəticəsi olaraq, vətəndaşlarda sığorta ilə bağlı inamsızlıq yaranır".
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
23-12-2020, 09:08
Sikayət   


loading...
Загрузка...