Rusiya sülhməramlıları Xankəndiyə daxil oldu
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsas qüvvələri öz məsuliyyət bölgələrində yerləşdirilməyə davam edir, xüsusən 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək Xankəndi şəhərinə daxil olub, onun önxətt bölmələri isə Şuşa şəhərinin yaxınlığında müşahidə məntəqələrinin yerləşdirilməsinə başlayıblar.
TASS-ın məlumatına görə, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Rusiya sülhməramlı kontingentinin əsas qüvvələrinin yerləşdirilməsi davam edir. 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək 17:00-da Xankəndi şəhərinə daxil olub. Dağlıq Qarabağda və Laçın dəhlizində tərəflərin təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib. Sülhməramlı briqadanın ön bölmələri Gorus-Sus-Göytala- Şuşanın cənub-qərb kənarı marşrutu boyunca marş icra edib və “Cənub” məsuliyyət bölgəsində dörd müşahidə məntəqəsinin yerləşdirilməsinə başlayıb”, - deyə Rusiya MN nümayəndəsi bildirib. /Oxu.az
Paylaş:
Müəllif : Fuad
Tarix:12-11-2020, 23:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-11-2020, 23:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Bu gün, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Bu gün, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Bu gün, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
Dünən, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
Dünən, 10:31
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
16-05-2024, 22:15