reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Koronavirusdan yazan hər 4 jurnalistdən 3-ü hədə-qorxuyla üzləşib” – Beynəlxalq təşkilat

reklam

“Koronavirusdan yazan hər 4 jurnalistdən 3-ü hədə-qorxuyla üzləşib” – Beynəlxalq təşkilat


“Bu gün 3 May - Beynəlxalq Mətbuat Azadlığı Günüdür; peşəkar xəbər istehsalçıları, azad söz, demokratik  media təmsilçiləri üçün mühüm təqvimdir. "Amma tarixdə, bəlkə də, ilk dəfədir ki, dünyanın bütün nöqtələrində  jurnalistlər bu təqvimi ümumi olaraq stress və narahatlıq içində keçirirlər", - Beynəlxalq Jurnalistlər Federasiyasının açıqlamasında bildirilir”.
Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfqi Ələsgərli özünün facebook hesabında ayzıb.
M.Ələsgərli qeyd edib ki, 2020-ci ildə 3 May təqvimi dünyanı lərzəyə salan pandemiyanın, COVİD-19-un təsirləri altında qeyd edilir. Araşdırmalar göstərir ki, COVİD-19 təkcə insan sağlamlığını təhdid etmir, paralel şəkildə  həyatın bütün sahələrində iz buraxır, sosial-iqtisadi, siyasi böhranlara səbəb olur. Pandemiya dövrünün şərtləri söz azadlığı, demokratik media mühiti üçün də ciddi məhdudiyyətlər, həlli çətin olan problemlər yaradıb. 
JuHİ sədri daha sonra BJF-nin gəlmiş olduğu qənaəti izləyiciləri ilə paylaşıb:
• Hər 4 jurnalistdən 3-ü COVİD-19 haqqında məlumat verərkən, rəsmi məhdudiyyətlər, əngəllər və hədə-qorxularla üzləşib;
• Jurnalistlərin 1/3-i bu dövrdə yalnız COVİD-19-la bağlı materiallar hazırlamaq məcburiyyətində qalıb, digər sahələrdə (pandemiya ilə mübarizədə hökumətlərin adekvat olmayan fəaliyyətləri, yol verilən qüsurlar, korrupsiya halları və sair) araşdırmalar aparmaq imkanları əllərindən alınıb; "şərtləri pozan" 10-larla jurnalist həbs edilib, 100-lərlə jurnalist  məhkəmə iddiaları ilə üzləşib, 1000-lərlə jurnalist iş yerini itirib;
• Hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı - itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib;  
• Pandemiya dövründə "saxta xəbərlərin qarşısını almaq" adı altında KİV haqqında qanunlara əlavələr edilib, yen qanunlar qəbul olunub ki, bu qanunların əksəriyyətində hökumətlərin sui-istifadə halları aşkar görünür, media azadlığının çərçivəsi kəskin şəkildə daraldılır...və sair.
Bir sözlə, COVİD-19 pandemiyası dünyada söz azadlığı, demokratik media mühiti üçün məqbul olmayan şərtlər formlaşdırır, dünya dövlətləri pandemiya ilə mübarizə adı altında peşəkar jurnalistikanın sıxışdırılması yönündə fəaliyyətlər göstərirlər. Narahatlıq doğuran haldır, pandemiya özü getdikcə səngisə də, onun ətrafında qurulan oyunlar azalmır, ayrı-ayrı ölkələr tərəfindən COVİD-19 bəhanəsindən sui-istifadə halları vüsət alır. Pandemiya dövrünün şərtlərinin dayanıqlı olması, gələcəkdə də qorunması üçün cəhdlər edilir.
BJF və onun tərəfdaşları "pandemiya dövrünün şərtlərinin  perespektivdə  media fəaliyyəti üçün yeni normaya çevriləcəyindən" narahatdırlar. Azadlığı məhdudlaşdıran qanunlar qüvvədə qalacaq, peşəkar media qurumlarının sıradan çıxarılması davam edəcək, "ələbaxan KİV-lər" meydan sulayacaq. Təşkilat bunun qarşısını almaq üçün öz tərəfdaşları ilə birgə qlobal müqavimət hərəkatı - "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" yaratmağı təklif edib.
M.Ələsgərli daha sonra Azərbaycan dövləti pandemiya dövründə azad media mühitinin qorunması, jurnalistlərin sərbəst fəaliyyətlərini davam etdirmələri üçün əməli addımlar atdığını təqdir edib: “Xüsusi karantin rejimi dövründə KİV-ə məhdudiyyətlər tətbiq edilmədi. Dövlət "informasiyanın alınmasını, ötürülməsini strateji əhəmiyyətli və mühüm məsələ" kimi qeyd etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi üçün hazırladığı şərtlərdə KİV-in fəaliyyətinə sərbəstlik verdi.
Paralel olaraq, iş yerlərinin ixtisarının, əmək haqlarının azaldırlamsının qarşısını almaq üçün proqramlar icra edildi, KİV-lərə dövlət dəstəyi göstərildi.
Monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycanda pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu, iş yerini itirən jurnalistlər yoxdur.
Arzu edək ki, COVİD-19-un təsirləri aradan qaldırılsın, növbəti "3 May"ları dünyadakı həmkarlarımız "stressiz  və narahatlıq keçirmədən" qeyd edə bilsinlər”.

 



Paylaş:


Müəllif : Tarix:
3-05-2020, 13:23
Sikayət   


loading...
Загрузка...