Sənədsiz evlərə “kupça” veriləcək: “30 aprelə qədər...” - Bələdiyyə sədri
Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnun verilməsi prosesi illərdir yubansa da, məsələ yenidən gündəmə gəlib.
Cebhe.info xəbər verir ki, bir müddət əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsindəki sənədsiz evlər müvafiq ərazi nümayəndəliyi və ya bələdiyyə tərəfindən tək-tək qeydiyyata alınaraq, nömrələnib. Amma proses evlərə qeydiyyat şahadətnaməsi (“kupça”) verilməsiylə nəticələnməyib. Son günlər isə prosesə yenidən start verilib.
Hovsan bələdiyyəsi tərəfindən qəsəbədəki binaların divarlarına sənədsiz evlərin sənədləşməsi ilə bağlı elanlar vurulub. Elanda bildirilir ki, sənədsiz evlərin dövlət qeydiyyatına alınması ilə əlaqədar sakinlər təcili Hövsan bələdiyyəsi və ya da Hövsan qəsəbə nümayəndəliyinə müraciət etməlidirlər. Elanda o da qeyd olunur ki, müraciət edən şəxslər özləri ilə işıq, qaz və su sayğaclarının qəbzlərini götürməlidirlər. Son müraciət tarixi isə bu il 30 aprel göstərilib.
Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Hövsan Bələdiyyəsi tərəfindən sakinlərə bunabənzər xəbərdarlıq edilib. Sakinlər hər dəfə xəbərdarlıqdan sonra bələdiyyədə qeydiyyata alınıblar, lakin nəticsi olmayıb.
Maraqlıdır, sənədsiz evlərin qeydiyyata alınması bu dəfə reallaşacaqmı?
Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov Cebhe.info-ya açıqlamasında bildirib ki, ötən il ölkə başçısının verdiyi sərəncama görə, sənədsiz evlərin qeydiyyata alınması prosesinə təkan verilib. Bələdiyyə sədri müvafiq qurumların göstərişi ilə qəsəbə sakinlərinə elan vasitəsilə müraciət edildiyini deyib:
“2019-cu ilin iyulunda ölkə başçısı İlham Əliyev 37 nömrəli sərəncam imzalayıb. Tədbirlər planına uyğun olaraq bələdiyyələrdə və icra nümayəndəliklərində sənədsiz evlərin sənədləri yığılır. Qaz, işıq və su qəbzləri buna görə tələb olunur. Əgər ev bələdiyyədə qeydiyyatdadırsa, heç bir sənəd tələb olunmur. Sadəcə şəxs aprelin sonuna qədər bələdiyyəyə gəlib məlumat verməli və müvafiq blankı doldurmalıdır. Biz həmin müraciətləri yerli ekspert komissiyasına, onlar isə müvafiq quruma təqdim edəcəklər”.
Xatırladaq ki, Prezident İlham Əliyev sənədsiz evlərin qeydiyyata alınması haqda ötən ilin iyulunda sərəncam imzalayıb və lazımi qurumlara göstəriş veriblib. Buna əsasən sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı Bakıda rayon icra hakimiyyətlərində komissiyalar yaradılıb. Sənədsiz evlərin ən çox tikildiyi rayonlar Qaradağ, Sabunçu, Suraxanı və Abşerondur.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2020, 00:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-03-2020, 00:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 21:06
Dünən, 12:37
Dünən, 10:32
Dünən, 10:30
Dünən, 10:27
26-08-2025, 14:05
26-08-2025, 12:33
26-08-2025, 12:29
26-08-2025, 09:44
26-08-2025, 09:29
26-08-2025, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini - "SATIR?"

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ